Ayıdağ (, ) — Krımda yerləşən dağ zirvəsi. Dağın hündürlüyü dəniz səviyyəsindən 571 metr (570,80 m) yuxardadı, şimal qərb istiqamətində dağ massivi 2400 metrədək azca uzanır. Ümumi sahəsi təxminən 4 kvadrat kilometrdi. Ayuv Dağ kompleksi dövlət təbiət yasaqlığı sayılır.↑ Ена В. Г. Заповедные ландшафты Крыма, Симферополь: Таврия, 1989, səh. 76 (rus)
Geoloji mənşə Ayu-Daq klassik lakkolitdir, yəni tam formalaşmamış vulkandı. Dağ təxminən 150 milyon il əvvəl yer qabığının sınıq yerlərinə maqmanın daxil olması nəticəsində orta yura geoloji dövründə yaranıb. Bugünə kimi burada 18 mineral aşkar edilmişdir.Ена В. Г. Заповедные ландшафты Крыма, Симферополь: Таврия, 1989, səh. 77 (rus)
Flora və fauna Flora təmsilçilərindən bunları qeyd etmək olar: palıd ağaclarının növləri (qayalıq palıdı və Quercus pubescens), adi göyrüş,adi quşarmudu, Torminalis glaberrima, adi zoğal, tikanlı qaratikan, həmərsin. Həmçinin, burada relikt bitkiləri də var: arbutus andrachne, hündür ardıc və tikanlı ardıc, tikanlı bigəvər və s. Ayuv Dağ qoruğunun bitki aləmində bitkilərin ümumlikdə 577 növü tanınır, onlardan 44-ü Qırmızı kitaba salınmışdır.
Ayuv dağında tülküyə, porsuğa, dələyə, kirpiyə, sincaba, gəmiricilərə və başqalarına rast gəlmək olar. Ayuv Dağda yaşayan 16 heyvan növü Qırmızı kitaba salınıb.Аю-Даг#cite ref-6Ена В. Г. Заповедные ландшафты Крыма, Симферополь: Таврия, 1989, səh. 78 (rus) 1974-cü ildən Ayuv Dağ dövlət təbiət yasaqlığı sayılır.
Toponimika left|thumb|280x280px|Ayuv Dağ, şimaldan görünüş Ayuv Dağ kompleksinin adı iki krımtatar sözlərindən ibarətdir: ayuv — ayı və dağ. Ancaq, Krımın görkəmli tədqiqatçılarından Pyotr İvan Keppenanın araşdırmasına görə hələ XIX əsrin başlanğıcında krım tatarları bu dağı Biyuk-Kastel (Böyük Qala) adlandırırdılar, P. İ. Keppenin ehtimalına görə, dağ orta əsrlərdə Aya ( — müqəddəs) adını daşıya bilərdi,↑Кеппен П. И. Крымский сборник, СПБ,1837, səh. 167 sonra isə yunan sözü "Aya" krımtatar olan "Ayuv"-a dəyişdi.Домбровский О. И. Столбунов А. А., Баранов И. А. Аю-Даг— "святая" гора, Симферополь: Таврия, 1975, səh. 60
Dağın antik dövrdə hansı adı daşıdığı tam məlum deyil. Ayuv Dağ Parfenion və Partenion burunları ilə tez-tez eyniləşdirilir,Домбровский О. И. Столбунов А. А., Баранов И. А. Аю-Даг— "святая" гора, Симферополь: Таврия, 1975, səh. 25–26 Bu versiyanın xeyrinə dağın ətəyində yerləşən Partenit qəsəbəsinin adını çəkmək olar. Bir sıra tədqiqatçılar, məsələn, İvan Pavloviç Blaramberq hesab edir ki, antik yazılarda Ayuv Dağ "Kriumetopon" (yun. Qoyun alnı) burunukimi göstərilib.↑Домбровский О. И. Столбунов А. А., Баранов И. А. Аю-Даг— "святая" гора, Симферополь: Таврия, 1975, səh. 34 Lakin, fərziyyələrin hər ikisi mübahisəlidi.
İstinadlar
Kateqoriya:Ukrayna dağları Kateqoriya:Zirvə hündürlüyü 1000 m-ə qədər