Axill vətəri və ya daban vətəri () — insan bədənində mövcud olan ən qüvvətli əzələ (400 kq-a qədər yükə davamlıdır) vətəridir. Vətərin proksimal hissəsi başlanğıcını baldırın ikibaşlı əzələsinin üçbaşlı əzələnin bir hissəsi olan kambalayabənzər əzələyə () keçdiyi yerdən götürür. Vətərin distal ucu isə daban sümüyünün arxa səthindəki qabarcığa bağlanır. Troya müharibəsi qəhrəmanı Axill şahzadə Paris tərəfindən təsadüfən, sol dabanından zəhərli oxla vurularaq öldürülmüşdür. Buna görə ayaq dabanındakı müvafiq vətərə "Axilles vətəri" adı verilmişdir.

Kateqoriya:Baldır əzələləri Kateqoriya:Vətərlər Kateqoriya:Skelet sistemi