Anton Hanak (; ) — XX əsrin əvvəllərində fəaliyyət göstərmiş çex heykəltaraş.
Anton Hanak Avstriya-Macarıstanda ən tanınmış heykəltaraşlardan biri kimi qəbul olunmuşdur. 1875-ci ilin 22 mart tarixində Avstriya-Macarıstan imperiyasının Brno şəhərində anadan olan Hanak 1889–1893-cü illər arasında Vyana şəhərində heykəltaraşlıq üzrə ali təhsil almışdır. Vyanada təhsil aldığı müddətdə Vyana Rəssamlıq Akademiyasında işləyən professor Edmund Hellmer ilə tanış olur. 1908-ci ildə Vyana Mədəniyyət Məktəbində heykəltaraşlıq işlərindən əlavə dərs deməyə başlamışdır. Avropanın bir çox şəhərində yerləşən heykəllərin müəllifi olan Anton Hanak 1934-cü ilin 7 yanvar tarixində ürək tutması nəticəsində vəfat etmişdir.
İstinadlar
Kateqoriya:Çexiyada doğulanlar Kateqoriya:Çexiya heykəltaraşları