Dimitra Papadea (; ) və ya səhnə adı ilə Demy — Yunanıstan müğənnisi. O, Yunanıstanın Panik Record albom şirkəti ilə uzun müddətlik anlaşma imzalamışdır. İndiyə kimi müğənninin iki studio albomu işıq üzü görmüşdür; 2012-ci ildə "#1" albomu və 2014-cü ildə "Rodino Oniro" albomu. 2017-ci ildə Demy bütün ingilis dilində olan mahnılarından təşkil olunmuş albom buraxmışdır. Müğənninin Yunanıstan hit paradlarında yer alan səkkiz ədəd nömrə 1 mahnısı və iki ədəd nömrə bir albomu olmuşdur. Karyerasının başlanğıcından indiyədək Demy 30 dəfə Yunanıstanın məşhur MAD Video Music Awards mükafatlandırma mərasimində mükafata namizəd göstərilmiş və ümumilikdə 11 mükafat qazanmışdır. Bu mükafatlardan ikisi "Ən yaxşı yeni ifaçı" və "Ən yaxşı qadın ifaçı" kateqoriyaları üzrə əldə edilmişdir. Demy Yunanıstan üzrə 4-cü ən çox mükafat qazanmış müğənnidir. Demy eyni zamanda "Ən yaxşı Yunan ifaçısı" kateqoriyasında MTV Europe Music Awards mükafatı qazanmışdır. O Yunanıstanı Ukraynanın paytaxtı Kiyevdə keçirilən 2017 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir.

Həyatı Dimitra Papadea 21 avqust 1991-ci ildə Yunanıstanın paytaxtı olan Afina şəhərində anadan olmuşdur. 5 yaşından bu günədək Demy piano dərsləri alır və hal-hazırda müğənni eyni zamanda vokal dərsləri də alır. İncəsənətdən əlavə olaraq Dimitra Afinada hüquq fakültəsi üzrə təhsil alır. Musiqiçi olaraq şöhrət qazanmasına baxmayaraq, müğənni onun üçün hüquq ixtisasının musiqidən daha önəmli olduğunu vurğulamışdır. Onun atası Epaminondas Papadeas və bacısı Romi Papadea vəkil olaraq Yunanıstanda fəaliyyət göstərirlər. Anası Elena Bubuli məktəb direktorudur.

Musiqi karyerası

2011–2012: Karyeranın başlanğıcı Demy ilk dəfə yunan reper Midenistis ilə birlikdə ifa etdiyi "Mia Zografia" mahnısı ilə Yunanıstan və Kiprdə şöhrət qazanmışdır. Hər iki ölkədə böyük hitə çevrilən mahnı sayəsində Demy və Midenistis iki MAD Video Music Awards 2012 mükafatına layiq görülmüşdür. 2012-ci ilin iyul ayında müğənninin "Poses Hiliades Kalokeria" adlı növbəti sinqlı dinləyicilərə təqdim edilmişdir. Mahnı 10 həftə ərzində Yunanıstan hit paradlarında zirvədə yer almışdır. İyul ayının sonunda mahnının ingilis dilində olan versiyasına klip təqdim edilmişdir. Müğənni eyni zamanda yunan reper Playmenin "Fallin" mahnısında reperi vokalist olaraq müşayiət etmişdir. 2012-ci ilin yayında Demy Yunanıstan, Kipr və Rusiyada turlar həyata keçirmişdir. İyul ayında müğənni Playmen ilə birlikdə Moskvada keçirilən Europa Plus Live musiqi festivalında çıxış etmişdir. Mahnı Rusiyada da hitə çevrilmişdir. 2012-ci ilin sentyabr ayında Demy Afinada keçirilən Amita Motion's Day of Positive Energy musiqi festivalında çıxış etmişdir. Həmin ilin oktyabr ayında müğənninin "I Zoi" adlı yeni sinqlı təqdim olunmuşdur. Dekabr ayında Demy Pireydə yerləşən "Ellinikou Kosmou" teatrında "Fame" musiqili səhnəciyində rol alacağını elan etmişdir. Həmin ayda müğənni Kiprin tanınmış sənətçilərindən olan Anna Vissi ilə bir səhnəni paylaşmışdır.

Demy-nin "#1" adlı debüt albomu 2012-ci ilin dekabr ayında işıq üzü görmüşdür. Albomda ikisi ingilis dilində olmaqla on mahnı yer almışdır. Albomda eyni zamanda müğənniyə şöhrət qazandıran və Midenistis ilə birlikdə ifa etdiyi "Mia Zografia" mahnısı da yer almışdır.

2013–2014 Demy Yunanıstan telekanalının 2013 Avroviziya Mahnı Müsabiqəsi üçün təşkil etdiyi milli seçim turunda qonaq olaraq Dima Bilan ilə birlikdə "Believe" mahnısını ifa etmişdir. 2013-cü ilin may ayında müğənninin reper Epsilon ilə birlikdə ifa etdiyi "The Sun" adlı yeni sinqlı çıxmışdır. Mahnı Yunanıstanda hitə çevrilmişdir.

2014-cü ilin mart ayında Demy-nin Playmen ilə birlikdə ifa etdiyi "Nothing Better" mahnısına videoklip çəkilmişdir. Həmin ilin may ayında müğənninin reper Mayk ilə birlikdə ifa etdiyi "Oso O Kosmos Tha Exei Esena" təqdim edilmiş və mahnı Yunanıstan və Kiprdə hitə çevrilmişdir. Mahnı sayəsində Demy və Mayk 2015-ci ildə "İlin ən yaxşı dueti" kateqoriyasında MAD Video Music Awards mükafatı qazanmışdır. 2014-cü ilin dekabr ayında müğənninin Rodino Oneiro adlı ikinci studio albomu işıq üzü görmüşdür. Albomda 15 mahnı yer almışdır.

2015–2016 2014-cü ilin dekabr ayından 2015-ci ilin fevral ayınadək Demy "Fever" gecə klubunda Despina Vandi və Nikos Oikonomopulos ilə bir səhnəni paylaşmışdır. 2015-ci ildə müğənni Yunanıstanın Mega telekanalında yayımlanan musiqi yarışmasında münsif olaraq iştirak etmişdir. O həmin ilin dekabr ayında Nina Lotsari ilə birlikdə Casablanca musiqi zalında çıxış etmişdir. Adətən pop və r&b janrlarında musiqi ifa edən Demy Casablanca musiqi zalında caz stilində musiqi ilə çıxış etmişdir. 2016-cı ildə müğənni Yunanıstanda keçirilən Madwalk moda gecəsində "Tha meineis feugontas" adlı yeni sinqlını ifa etmişdir.

2017 Avroviziya Mahnı Müsabiqəsi thumbnail|Demy Avroviziya səhnəsində 2017-ci ilin yanvar ayında Demy-nin Yunanıstanı Ukraynanın paytaxtı Kiyevdə keçirilən 2017 Avroviziya Mahnı Müsabiqəsində təmsil edəcəyi açıqlanmışdır. Müğənninin Avroviziya səhnəsində ifa etdiyi mahnı "This is Love" 6 mart tarixində dinləyicilərə təqdim olunmuşdur. Mahnı Yunanıstanın tanınmış bəstəkarlarından olan Dimitris Kantopulos tərəfindən bəstələnmişdir. Bəstəkar (Kantopulos) eyni zamanda Azərbaycanın 2013-cü ildə müsabiqədə təmsil olunduğu və ölkəyə 2-ci yer qazandırdığı "Hold Me" mahnısını bəstələmişdir.

Demy 9 may tarixində baş tutan yarımfinal mərhələsində 10-cu nömrə altında çıxış etmişdir. Nəticədə 115 xalla 10-cu yerdə qərarlaşaraq, final mərhələsinə vəsiqə qazanmışdır. Müsabiqənin finalında bir daha öz mahnısını ifa edən Demy 26 ölkə təmsilçisinin mübarizə apardığı şouda 77 xal toplayaraq, 19-cu yerdə qərarlaşmışdır.

Diskoqrafiya

Sinqllar İlMahnının adıDuet2011Μia ZografiaΜidenistisΜono MprostaOge2012FallingPlaymenPoses Xiliades KalokairiaΗ Ζoi2013Ki An ProspathoThe SunAlex Leon & EpsilonΜeno2014Nothing BetterPlaymenOso O Kosmos Tha Exei EsenaMikeRodino Oneiro2015Proti mou foraMelissesWhere Is The LoveAngel StoxxΕmeisH Alitheia Moiazei Psema2016You Fooled MeTha Meineis FeugontasKati Pige StravaDigi & RadioActIsovia Mazi2017This is Love "M' Ekdikise" "Ston Aera"

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Yunanıstan müğənniləri Kateqoriya:"Avroviziya" iştirakçıları Kateqoriya:Yunanıstanın "Avroviziya" təmsilçiləri