Müharibənin apofeozu () — 1871-ci ildə Rusiya rəssamı Vasili Vereşşagin tərəfindən çəkilmiş tablo.
Tarixçə Ən əvvəl bu şəkil "Teymurləngin təntənəsi" adlanırdı. Onun ideyası Teymurləng ilə bağlı idi, qəsbkar qoşunlarının keçdiyi yerlərdə öz arxasınca bu kimi kəllələr yığını qoyub gedirdi, lakin əsər konkret surətdə tarixi səciyyə daşımırdı.
Tarixi rəvayətlərə görə, Bağdad və Dəməşq qadınları Teymurləngə müraciət edərək, günah və pozğunluqlar içərisində batıb qalmış ərlərindən ona şikayət etmişdir. Onda Teymurləng 200 minlik ordusunun hər bir döyüşçüsünə əmr etmişdi ki, hər biri pozğunluqla məşğul olan bir kişinin başını kəsərək gətirsin. Onun əmri yerinə yetirildikdən sonra kəsilmiş kəllələrdən yeddi piramida ucaldılmışdı.
Digər versiyaya görə isə, məşhur "Müharibənin sonu" şəkli Vereşşagin tərəfindən onun üçün danışılmış bir hekayətin əsasında yaradılmışdı. Deyilənə görə, o, Kaşqar hakimi Vəlixan-Tövrə avropalı səyahətçini qətlə yetirdikdən sonra, onun kəlləsini başqa qətl olunanların kəllələrindən düzəldilmiş piramidanın zirvəsinə yerləşdirməyi əmr etmişdi.
İstinadlar
Kateqoriya:1871-ci ildə çəkilmiş rəsm əsərləri Kateqoriya:İncəsənətdə kəllə Kateqoriya:Tretyakov qalereyasında saxlanılan rəsm əsərləri Kateqoriya:Alleqorik rəsm əsərləri Kateqoriya:Müharibə əleyhinə rəsm əsərləri Kateqoriya:Kətan üzərində yağlı boya ilə çəkilmiş rəsmlər