İtte Detenamo (22 sentyabr 1986) — Naurunu +105 kq çəki dərəcəsində beynəlxalq yarışlarında təmsil edən kişi ağır atletdir.
Detenamo Naurunu Afinada təşkil edilən 2004 Yay Olimpiya Oyunlarında təmsil etmiş və +105 kq çəki dərəcəsində 14-cü yeri tutmuşdur. O, 2006-cı il Birlik Oyunlarında bürünc medal qazanmışdır. 2007 Sakit okean Oyunlarında 3 qızıl medal əldə etmişdir."Nauru to send one athlete to Beijing Olympics" , Indo-Asian News Service, July 22, 2008
Detenamo Naurunu Pekində təşkil edilən 2008 Yay Olimpiya Oyunlarında təmsil edən yeganə idmançı idi. O, super ağır çəki dərəcəsində ümumilikdə 386 kq qaldıraraq öz şəxsi rekordunu yenilədi."Nauru lifter misses medals, aims for 2012", Associated Press, August 19, 2008
Xarici keçidlər Biography on the website of the Beijing Olympics
İstinadlar
Kateqoriya:2004 Yay Olimpiya Oyunlarında ağır atletlər Kateqoriya:2012 Yay Olimpiya Oyunlarında ağır atletlər Kateqoriya:2008 Yay Olimpiya Oyunlarında ağır atletlər