Özdəmir Asəf (; ) — Türkiyə yazıçısı və şairi.
Həyatı Özdəmir Asəf 11 iyun 1923-cü ildə Ankara şəhərində doğulub, boya-başa çatmış, əsl adı isə Xalid Özdəmir olmuşdur. O ilk və orta təhsilini Qalatasaray liseyində almışdır. 1942-ci ildə Kabataş oğlanlar liseyindən məzun olmuşdur. İstanbul universitetində öncə Hüquq fakültəsində, sonra İqtisad fakültəsində təhsilini davam etdirmişdir. Lakin bir sıra səbəblərin ucbatından təhsilini 1947-ci ildə yarımçıq qoymuşdur. O, "Zaman" qəzetində tərcüməçi işləmişdir. 1951-ci ildə öz məqalələri ilə mətbuat aləminə daxil olmuşdur və beləliklə öz şeir kitablarını çap etdirmişdir.
28 yanvar 1981-ci il də İstanbul şəhərində vəfat etmişdir.
Əsərləri 1."Sən sən sən"
2."Bir qapı önündə"
3."Necəsən"
4."Mən deyildim"
5."Bugün və Bugün"
6."Məndən sonra xosbəxtlik"
Kateqoriya:Türkiyə şairləri Kateqoriya:XX əsr şairləri