Jidou Əl Muxtar (d. 8 iyul 1985; Nuaкşot, Mavritaniya) — Mavritaniyanı təmsil edən yüngül atlet (sprinter). Jidou Əl Muxtar Mavritaniyanı 2012 və 2016-cı ildə Olimpiya Oyunlarında təmsil etdi.

Həyatı Jidou Əl Muxtar 1985-ci ilin 8 iyul günündə Mavritaniyanın paytaxtı Nuaкşot şəhərində anadan olub.

Karyerası Jidou Əl Muxtar birinci dəfə Olimpiya Oyunlarına 2012-ci ildə qatıldı. London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında Əl Muxtar 200 metr məsafəyə qaçış yarışlarında 22.94 nəticə göstərdi və 8-ci yeri tutdu.

Jidou Əl Muxtar növbəti Olimpiya Oyunlarına Braziliyanın Rio-de-Janeyro şəhərində qatıldı. XXXI Yay Olimpiya Oyunlarında Əl Muxtar bu səfər 100 metr məsafəyə qaçışda qüvvəsini sınadı və 11.44 saniyə nəticə ilə 7-ci yeri tutdu.

Jidou Əl Muxtar London və Rio-de-Janeyro Olimpiadasının açılış mərasimlərində Mavritaniyanın dövlət bayrağını apardı.

İstinadlar

Kateqoriya:2012 Yay Olimpiya Oyunlarında yüngül atletlər Kateqoriya:2016 Yay Olimpiya Oyunlarında yüngül atletlər