Sona Əhmədli (5 oktyabr 1988, Bakı) — Azərbaycanı təmsil edən qadın güləşçi, 2010-cu il Avropa Çempionatının qalibi.

Karyerası 2007-ci ildə Serbiyada yeniyetmələr arasında Avropa Çempionatını 5-ci pillədə, Çində yeniyetmələr arasında Dünya Çempionatını isə 10-cu pillədə başa vuran Sona Əhmədli, ilin əsas turniri hesab olunan Dünya Çempionatında 18-ci pillədə qərarlaşdı.

2008-ci ildə Qızıl Qran-Pri beynəlxalq turnirində beşinci pillənin sahibi olan Sona Əhmədli, Koşitse şəhərində gənclər arasında Avropa Çempionatını gümüş medalla, İstanbul şəhərində gənclər arasında Dünya Çempionatını isə 8-ci pillədə başa vurdu.

Daha sonra Sona Əhmədli 2009-cu ilin aprelində Vilnüs şəhərində (Litva) baş tutan Avropa Çempionatını 16-cı pillədə başa vurdu. İyulda Qızıl Qran-Pri beynəlxalq turnirinin bürünc medalına sahib olan Sona Əhmədli, sentyabrda Herninq şəhərində baş tutan Dünya Çempionatında mübarizə apardı. Turnirin 1/8 final mərhələsində Belarus nümayəndəsi Alyona Filipavaya 2:1, 1/4 final mərhələsində İtaliya nümayəndəsi Valentina Minguzziya 2:0, 1/2 final mərhələsində isə ABŞ nümayəndəsi Tatyana Suareza 2:0 hesabları ilə qalib gələn Sona Əhmədli, final görüşündə Yaponiya nümayəndəsi Saori Yoşidaya 0:2 hesabı ilə məğlub oldu və Dünya Çempionatının gümüş medalına sahib oldu. Sona Əhmədli Dünya Çempionatının medalına sahib olan birinci azərbaycanlı qadın güləşçi oldu.

2010-cu ilin aprelində isə Sona Əhmədli Avropa Çempionatında mübarizə apardı. Turnirin 1/4 final mərhələsində Norveç nümayəndəsi Qudrun Hoyena, 1/2 final mərhələsində isə Fransa nümayəndəsi Məryəm Selluma qalib gələn Sona Əhmədli, final görüşündə Bolqarıstan nümayəndəsi Taybe Yuseyna qalib gəldi və Avropa Çempionatının qalibi oldu. Bununla da Sona Əhmədli Avropa Çempionatlarının qalibi olan birinci azərbaycanlı qadın güləşçi oldu. Mövsüm ərzində Sona Əhmədli həm də Avstriyada Austrian Ladies Open və Azərbaycanda Qızıl Qran-Pri beynəlxalq turnirlərini beşinci pillələrdə başa vurdu. Bir il sonra, 2011-ci ildə isə Sona Əhmədli İstanbul şəhərində Dünya Çempionatını bürünc medalla başa vurdu, Qızıl Qran-Pri beynəlxalq turnirinin isə qalibi oldu.

2012-ci ildə Serbiyanın Belqrad şəhərində Avropa Çempionatının bürünc medalına sahib olan Sona Əhmədli həmin il dizindən ciddi zədə aldı və əməliyyat olundu. Amma bu, fayda vermədi və tam tərsi, problemli dizinə su yığılmağa başladı. Müayinədən sonra Sona Əhmədlinin əhəmiyyatının uğursuz olduğu müəyyən olundu. Bundan sonra Sona Əhmədli 24 yaşında idmanla vidalaşmalı oldu.

Nəticələri SıraİlYarışEv sahibiNəticə12007Gənclərin Avropa Çempionatı Serbiya5.2Gənclərin Dünya Çempionatı Çin10.3Dünya Çempionatı Azərbaycan18.42008Qızıl Qran-Pri Azərbaycan5.5Gənclərin Avropa Çempionatı Slovakiya2.6Gənclərin Dünya Çempionatı Türkiyə8.72009Avropa Çempionatı Litva16.8Qızıl Qran-Pri Azərbaycan3.9Dünya Çempionatı Danimarka2.102010Avropa Çempionatı Azərbaycan1.11Austrian Ladies Open Avstriya5.12Qızıl Qran-Pri Azərbaycan5.13Dünya Çempionatı Rusiya12.142011Qızıl Qran-Pri Azərbaycan1.15Dünya Çempionatı Türkiyə3.162012Avropa Çempionatı Serbiya3.

İstinadlar

Kateqoriya:Bakıda doğulanlar Kateqoriya:Azərbaycanın qadın güləşçiləri Kateqoriya:Güləş üzrə Dünya Çempionatının medalçıları Kateqoriya:Güləş üzrə Avropa çempionları Kateqoriya:Güləş üzrə Avropa Çempionatının medalçıları Kateqoriya:Azərbaycanın qadın cüdoçuları