Bombey adası () — Hind okeanında yerləşən adalar qrupu. Hindistan ərazisində yerləşmişdir. Yeddi Bombey adaları arxipelaqına daxil olan adadır.

Yeddi Bombey adası thumb|210px|left|1893-cü ildə Bombey adasının xəritəsi thumb|210px|left|Yeddi Bombey adası Bombey adası portuqal taciri və tədqiqatçısı olan Fransişku di Almeyda tərəfindən 1508-ci ildə adlandırılmışdı. Almeyda onu "Bom Bahiya" (portuqaldan — "Yaxşı körfəz") adlandırmışdır. 16-cı əsrdə arxipelaq Portuqaliya hakimiyyəti altında idi və 1662-ci ildə II Karlın Britaniya kraliçası olan Yekaterina Braqansskaya evləndikdən sonra cehizi kimi İngiltərəyə verilmişdi. Adada genişmiqyaslı işlərdən sonra körpü vasitədi ilə adanı Hindistanın materik hissəsiylə birləşdirdilər. İndi Bombey adası 1995-ci ilə qədər adanın adını daşımış Bombey şəhərinin adını daşıyır. Arxipelaqın əsas adası olaraq Bombey "Yeddi adanın" əsas Britaniya limanı hesab olunur. Malabar-Xill təpəsində Silxara sülaləsi zamanında tikilmiş Valkeşvar adlı qədim hindu məbədi bu adada yerləşir. Adada bir çox etnik qrup yerləşdirilirdi: maratxilər, parslar, qucaratlılar, müsəlmanlar, həmçinin Portuqaliyadan və İngiltərədən gəlmələr. Ada tez-tez, xüsusilə qabarmalar və çəkilmələr zamanı su altında qalırdı. Buna görə də 1782–1784-cü illər arasında Britaniya hakimiyyəti Vorli adasından ayrılmış Bombeyi yenidən birləşdirdi.Worli and Prabhadevi Created on Jul 17, 1995

Coğrafiyası Ada Hind okeanında yerləşmişdir və Ərəbistan dənizinin sularıyla yuyunur. Adanın sahəsi — 603 km²-dir. Dəniz səviyyəsindən hündürlüyü — 10 metrdən 15 metrə qədər çatır. Bombey adası özünün yerləşdiyi arxipelaqın mərkəzi hesab olunur. Ada cənubdan Kolaba və Kiçik Kolaba (Qarıların Adası) adalarına qədər uzanır. Şimaldan — hal-hazırda yerində çay olan Mazaqaon adası, Parel, Maxim və Vorli adaları ilə sərhəddir. Ada dörd körfəz ilə əhatə olunmuşdur: Vazai-Krik, Qorai-Krik, Malad-Krik, Tan-Krik. Adada çaylar yerləşmişdir: Daxisar, Oşivara, Poysar, Mitxi və göllər: Tulsi, Vixar, Povay. Materikdə yerləşən Ulxas çayının ağzı bu adada yerləşib. Adada dağlar yoxdur, amma 13 köhnə təpədən ibarət 22 təpə yerləşmişdir: Malabar, Kumbala, Antop, Seuri, Qilbert, Uorli, Pali, Mazaqaon, Sion, Maxakali, Qoandji, Pulşaçi, Salamati. Təpələrə ingilis variantında "-Xill" hissəsini (ingilisdən — "təpə") əlavə edirlər.

Fauna Ada canlı varlıqların müxtəlifliyiylə məşhur deyil, çünki əsas onun hissəsi şəhər ərazisiylə tutulmuşdur. Bombeyin faunasında quşlar üstünlük təşkil edir: Yakobun ququ quşu Tovuzquşu Koeli Pittlər Misir vağı Yaqut su quzğunu Bülbüllər Silviyalar

İstinadlar

Kateqoriya:Mumbay Kateqoriya:Ərəbistan dənizi adaları