Tapdıq Əliyev — alim, Texnika elmləri doktoru (1991), professor (1992), Rusiya Su Təsərrüfatı Elmlər Akademiyasının muxbir üzvü (1992), Beynəlxalq Ekolokiya Akademiyasının müxbir üzvü (1993), Alekseyevski adına elmi-tədqiqat su təsərrüfatı institutunun hidrotexnika tikinti şöbəsinin rəisi, Rusiya Federasiyası Su Layihə İnstitutunun baş direktorunun müavini
Həyatı Azərbaycan Politexnik İnstitutunu bitirmişdir (1970). 1970-1973-cü illərdə Azərbaycan Su Problemləri İnstitutunda kiçik elmi işçi olmuşdur. Moskvada Kostyakov adına Ümumittifaq Elmi–Tədqiqat Hidrotexnika və Meliorasiya İnstitutunun aspiranturasında oxumuş (1974-1977), 1978-ci ildə namizədlik dissertasiyası müdafiə etmişdir. 1991-ci ildə “Əlaqəli və əlaqəsiz qruntlarda kanalların hidrodinamiki dayanıqlılığı'” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. 1979--1993-cü illərdə Alekseyevski adına elmi–tədqiqat Su Təsərrüfatı İnstitutunda hidrotexniki tikinti şöbəsinin rəisi işləmişdir. 1993-cü ildən Rusiya Federasiyası Su Layihə İnstitutunun baş direktorunun müavinidir. Eyni zamanda Moskva Kommunal Təsərrufat və Tikinti İnstitutunda şəhər tikintisi kafedrasının professorudur.
Rusiya və xarici ölkələrdə 200-dən artıq elmi əsəri çap olunmuşdur. On monoqrafiyanın müəllifidir. Onun rəhbərliyi altında 20–dən artıq elmlər namizədi və doktoru hazırlanmışdır. Mənbə http://qazax.biz/
İstinadlar
Kateqoriya:Əlifba sırasına görə alimlər Kateqoriya:Professorlar Kateqoriya:Elmlər doktorları Kateqoriya:Texnika elmləri doktorları Kateqoriya:Azərbaycanlı alimlər Kateqoriya:Azərbaycan alimləri Kateqoriya:Qazaxda doğulanlar