Otto Yensen (1 yanvar 1893 — 25 dekabr 1972) — Danimarkalı keçmiş peşəkar velosiped yarışçısı. Otto Yensen Danimarkanı 1912-ci ildə V Yay Olimpiya Oyunlarında təmsil etdi.

Karyerası Otto Yensen birinci dəfə Olimpiya Oyunlarına 1912-ci ildə qatıldı. O, Stokholmda baş tutan V Yay Olimpiya Oyunlarında iki yarışda iştirak etdi. Yarışı sona qədər başa vura bilmədi.

Mənbələr

İstinadlar

Kateqoriya:1912 Yay Olimpiya Oyunlarında velosipedçilər Kateqoriya:Danimarkalı kişi velosipedçilər