Oleksandra Sergeyevna Qridasova (d. 5 iyul 1995, Xarkov, Ukrayna) — Ukraynanı təmsil edən bədii gimnast. Oleksandra Qridasova 2016-cı ildə Ukraynanı Olimpiya Oyunlarında təmsil etdi. Qridasova həm də I Avropa Oyunlarında bir gümüş və bir bürünc medal, Universiada Oyunlarında isə bir qızıl, üç gümüş və iki bürünc medal qazanıb.
Karyerası Oleksandra Qridasova 2016-cı ildə Ukrayna bayrağı altında Braziliyanın Rio-de-Janeyro şəhərində XXXI Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Olena Dmitraş, Yevgeniya Qomon, Valeriya Qudim və Anastasiya Voznyak ilə birgə final yarışlarında 34.282 xal topladı və 7-ci yeri tutaraq mübarizəni dayandırdı.
İstinadlar
Kateqoriya:2016 Yay Olimpiya Oyunlarında gimnastlar Kateqoriya:2015 Avropa Oyunlarında gimnastlar Kateqoriya:Bədii gimnastika üzrə Avropa Çempionatının medalçıları Kateqoriya:Ukraynanın olimpiya gimnastları