Shimoneta: A Boring World Where the Concept of Dirty Jokes Doesn't Exist, Yaponiyada tanınan adı ilə və ya qısaca — Eyto Şimatsukinin rəssamlığı ilə Hirotaka Akaqi tərəfindən yazılmış ranobe seriyası. İlk cildi Shogakukan nəşriyyatı tərəfindən 18 iyul 2012-ci ildə Gagaga Bunko imprinti altında buraxılmışdır. 18 fevral 2016-cı ildə isə sonuncu – 11-ci cildi buraxılmışdır. N' Yuzukinin rəssamlığı ilə istehsal olunmuş "Shimoneta to Iu Gainen ga Sonzai Shinai Taikutsu na Sekai: Man**-hen" adlı manqa 28 mart 2014-ci ildən 5 fevral 2016-ci ilə kimi Mag Garden nəşriyyatının "Monthly Comic Blade" jurnalında nəşr olunmuş və 4 cildi buraxılmışdır. J.C.Staff studiyası tərəfindən anime serialı adaptasiyası çəkilmiş və Yaponiyada 4 iyul 2015-ci ildən 19 sentyabr 2015-ci ilə kimi yayımlanmışdır. yapon dilindən tərcümədə "ədəbsiz zarafat" deməkdir.

Məzmun Antiutopik bir gələcəkdə Yaponiya hökuməti ölkənin və vətəndaşların əxlaq normasını qorumaq üçün "Sağlam Şəkildə Uşaq Yetişdirmədə İctimai Nizam və Əxlaq Qanunu" qəbul edərək bütün ədəbsiz materialları məhv etmək və insanların ədəbsiz ifadələr işlətməsinə qadağa qoymaq qərarına gəlir. Hətta vətəndaşlar işlətdikləri bütün sözləri və əl hərəkətlərini qeydə alan Peace Makers (PM) adlı xüsusi cihazları geyinməyə məcburdurlar. Nəticədə, Yaponiya dünyanın ən yüksək əxlaq normalarına malik ölkəyə çevrilir.

Qanunun qəbul edilməsindən artıq 16 il keçmişdir. Yeni lisey tələbəsi Tanukiçi Okuma ölkənin əxlaqi baxımdan ən elit təhsil müəssisəsinə – Tokioka Akademiyasına daxil olur. Əslində isə bura daxil olmaqda əsas məqsədi sevgi hisləri bəslədiyi və məktəb şurasının prezidenti olan Anna Nişikinomiya ilə yenidən görüşməkdir. Lakin həmin liseydə təhsil alan və Göy qar adı ilə əxlaqsızlıq terrorizmi ilə məşğul olan Ayame Kaco ona şantaj edərək SOX (; ) adlı təşkilata qoşulmağa məcbur edir. Bu erotəşkilatın başlıca məqsədi Yaponiyanın indiki vəziyyətinə qarşı durmaq və əxlaqsızlıq terrorizmi ilə məşğul olmaqdır.

Personajlar SOX

Hekayənin baş qəhrəmanı, Annanın uşaqlıq dostu və məşhur eroterrorçu Zencuronun oğludur. Atası bir neçə il əvvəl parlament binasının qarşısında əxlaq qanunlarına etiraz etmək məqsədilə ətrafa prezervativ saçmağa çalışarkən həbs olunub. Dostlarına görə Tanukiçi ən aşağı əxlaq balı ilə məktəbindən məzun olub. Tanukiçi Ayamenin gizli şəxsiyyətini qorumağa çalışsa da, Annaya olan sədaqətindən də vaz keçmək istəmir. Digər şagirdlərdən fərqli olaraq onun ədəbsiz və iyrənc zarafatlar haqqında xeyli məlumatı var, bunun da səbəbi atasıdır. Lakin uşaqlıqda bununla bağlı problemlər yaşadığından bu cür şeylərdən artıq iyrəndiyini göstərməyə başlayıb. Hekayənin gedişatında Ayameyə aşiq olur.

Məktəb şurasının vitse-prezidenti və əxlaq qanunlarına qarşı uğursuzluqla nəticələnən etirazı ilə tanınan bir parlament üzvünün qızıdır. Terror aktlarını Göy qarı adı altında həyata keçirir. Maska olaraq qadın tumanından istifadə edir, əsasən pornoqrafik şəkillər yayır və kütlə qarşısında ədəbsiz sözlər işlədir. Tanukiçi ilə tanış olduqdan sonra onunla birlikdə SOX adlı təşkilat qurmaq və fəaliyyətlərini genişləndirməkdir. Atasının ona verdiyi xüsusi koddan istifadə edərək Ayame mobil telefonunun vasitəsilə gündə 3 dəqiqəliyinə PM-lərdən azad olaraq istədiyi qədər ədəbsiz söz işlədə bilir. Hekayənin gedişatında Tanukiçiyə qarşı sevgi hisləri bəsləməyə başlayır.

Dahi, eləcə də, dəstəboy rəssamdır. Əsərləri bir çox mükafatlar qazanıb və akademiyada çox tanınır. Lakin artıq diqqət çəkməkdən bezib. Tanukiçinin SOX üzvü olduğunu öyrəndikdən sonra ona şantaj edir, lakin sonda özü SOX-a qoşulur. Ayame onu erotik materiallarla tanış edərək ona ədəbsiz şəkillər çəkməyi öyrədir. PM-lər əllərin hərəkətini qeydə aldığından Saotome əli ilə yox, ağzı ilə çəkməyə məcburdur. Annaya qarşı birtərəfli sevgisi var.

Keysukenin qızı və SOX-un fanatıdır. Bir çox silahlar daşıyır və romantika və şoco manqalarından öyrəndiklərindən insanları manipulyasiya etmək üçün istifadə edir. Təkidindən sonra Ayame onu SOX-a qəbul edir. Ən ayırdedici xüsusiyyəti saçının penis formasında olmasıdır. Bir müddət sonra Kosuri SOX-un düşündüyü qədər aqressiv olmadığı qənaətinə gəlir və SOX-a xəyanət edərək Takumanın təşkilatına qoşulur, lakin Takumanın sadəcə özünü düşündüyünü görüb SOX-a qayıdır. Tanukiçi ilə birlikdə yaşayır. Buna görə də Tanukiçi onu hər kəsə kiçik bacısı kimi təqdim edir.

Alim və Tanukiçinin sinif yoldaşıdır. Səlahiyyətli şəxslər ədəbsizliklə bağlı bütün materialları yığışdırdığından qadınların necə hamilə qaldıqlarını və uşaqların necə əmələ gəldiyini araşdırır. Buna görə müxtəlif klinikalara və xəstəxanalara gedib, lakin sonda bu cür yerlərə girməsinə qadağa qoyulub. Buna görə də cücülər üzərində müşahidələr aparır. Hyoka çox diqqətcil adamdır. Kosurinin insanları manipulyasiya etməsini, silahın saxta və həqiqi olduğunu anlaya bilir. Yaoy manqalarını oxumağı sevir, Oboronu aldadaraq bunun ədəbsiz manqalar olmadığını deyir. O düşünür ki, Tanukiçinin hamiləliklə bağlı məlumatı var və buna görə də bununla bağlı suallar verir. Rəsmi olaraq SOX üzvü olmasa da, üzvlərin əsl şəxsiyyətlərindən xəbərdardır və tez-tez SOX-a kömək edir.

Məktəb şurası

Məktəb şurasının prezidenti və Tanukiçinin uşaqlıq dostudur. Göy qarı yaxalamağa çalışır və ədəbsizliyin qəti əlehinədir. Bir dəfə səhvən Tanukiçi tərəfindən öpüldükdən sonra ona aşiq olur, lakin Anna ədəbsiz şeylər haqqında məlumatsız olduğundan şəhvətlə məhəbətti səhv salır. Bu isə Tanukiçiyə həmişə böyük problem yaradır, çünki Anna həmişə onun dalınca düşür. Anna düşünür ki, əgər "yaxşı" və "ədalətli" şeylər etsə, Tanukiçi onu sevəcək. Əsəbləşəndə və ya motivasiya olanda çox güclü olur.

Məktəb şurasının xəzinədarıdır. Görünüşü və davranışları qorillanı xatırladır, lakin bananları nifrət edir. Tanukiçinin Zencuronun oğlu olduğunu öyrənəndə əvvəlcə ona etibar etmir, lakin Tanukiçi yaralanmaq bahasına olsa da, Annanı xilas etməsindən sonra fikrini dəyişdirir. Çox əzələli bədəni var.

Səlahiyyətli şəxslər

Annanın atası və parlament üzvüdür. Əxlaq qanunlarının tətbiq edilməsində və Yaponiyanın "ən əxlaqi ölkəyə" çevrilməsində əməyi böyükdür. Əxlaqı qorumaq adı ilə bütün ölkənin nəzarətini ələ keçirmək istəyir.

Annanın anasıdır. O da əxlaq qanunlarının qatı tərəfdarıdır.

Matsukaqe tərəfindən Annanı qorumaq üçün akademiyaya göndərilmiş tələbədir. Əsas vəzifəsi akademiyada ədəbsiz olan hər şeyi yox etməkdir. Hətta basketbol səbətini, kəndiri, pinq-ponq topunu belə bu kateqoriyaya salır. Tanukiçi kəşf edir ki, Oboro əslində oğlandır, lakin Annaya yaxınlaşmaq üçün qız kimi görünməyə məcburdur.

Qeyri-SOX terrorçular

Kosurinin atasıdır. Eroterrorçudur və Yaponiyanın bir çox eroterror təşkilatlarına dəstək olur. Lakin qızı onun fəaliyyətini maraqsız hesab edir.

Bədənini alt geyimləri ilə örtmüş və alt geyimlərinə qarşı vurğun olan eroterrorçudur. Yüksək səviyyəli pozğundur və bütün Yaponiyada alt geyimlərini oğurlamaqla məşğul olan Büzməli qumaş eroterrorçu qruplaşmanın lideridir. Ayame hesab edir ki, Büzməli qumaş SOX-un reputasiyasına zərbə endirir, buna görə də Büzməli qumaş ilə SOX arasındakı münasibətlər kəskinləşir. SOX sonda Büzməli qumaşı məğlub edə bilir.

Anime serialının sonuncu seriyasında peyda olmuş eroterrorçudur. Qara daban iddia edir ki, bir vaxtlar Tanukiçinin atası Zencuro ilə birlikdə işləyib. Əsas məqsədi bir kurort yaxınlığında yerləşən eroxəzinəni ələ keçirməkdir, lakin SOX ona mane olur. Ən sonda isə Tanukiçinin necə böyüdüyünü qeyd etməklə atası olması ehtimalını verir.

Digərləri

Sadəcə animedə görünən personajdır. SOX-un həyata keçirdiyi terror aktlarına şahidlik edən məsum qızdır. Animenin sadəcə son 3 seriyasında ön plana çıxmağa başlayıb. Əsl adı məlum deyil. "Binkan-çan" hərfi tərcümədə "kiçik həssas qız" deməkdir.

Ayamenin ögey anasıdır. Əslində əxlaq qanunlarına, xüsusilə qarışıq duşlara qadağa qoyan qanunlara qarşıdır. Onsenə malik qədim stildə bir mehmanxana işlədir. Ayameyə yapon leydisi olmağın yollarını öyrədib.

Tanukiçinin anasıdır. Sərt davranışlarına və boyuna görə "Tam metallı adamyeyən qadın" ləqəbi ilə tanınır. Əxlaq qanunlarının tərəfdarıdır və Sofiyanın dostudur. Tanukiçiyə özünü müdafiə etməyi və döyüşməyi öyrədib.

PM texnologiyasını yaymaq üçün Yaponiya hökuməti tərəfindən tutulmuş amerikalı ekspertdir.

Tanukiçinin keçmiş uşaqlıq dostu və fermer ailəsinin üzvüdür.

Media Ranobe Ranobe seriyası Eyto Şimotsukinin rəssamlığı ilə Hirotaka Akaqi tərəfindən yazılmışdır. İlk cildi Shogakukan nəşriyyatı tərəfindən 18 iyul 2012-ci ildə Gagaga Bunko imprinti altında buraxılmışdır. 18 fevral 2016-cı ildə isə sonuncu – 11-ci cildi buraxılmışdır.

Cild siyahısı

Manqa N' Yuzukinin rəssamlığı ilə adlı manqa adaptasiyası istehsal olunmuş və 28 mart 2014-ci ildən 5 fevral 2016-ci ilə kimi Mag Garden nəşriyyatının "Monthly Comic Blade" jurnalında nəşr olunmuşdur. 4 tankobon cildi buraxılmışdır.

Anime Anime adaptasiyası 2014-cü ilin oktyabrında anons edilmişdir. J.C.Staff tərəfindən istehsal olunmuş 12 seriyalıq anime serialı Yaponiyada 4 iyul 2015-ci ildən 19 sentyabr 2015-ci ilə kimi yayımlanmışdır. Animenin rejissoru Yohey Suzuki, ssenaristi Masahiro Yokotani, personaj dizayneri Masahiro Fucii, bəstəkarı Akiyuki Tateyama, səs rejissoru Cin Aketaqavadır. Açılış mahnısı SOX tərəfindən ifa olunan mahnısı, bağlanış mahnısı isə Sumire Uesaka tərəfindən ifa olunan "Inner Urge" mahnısıdır. Açılış mahnısı 8 iyul 2015-ci ildə, bağlanış mahnısı mahnısı 22 iyul 2015-ci ildə buraxılmışdır.

Anime serialı Şimali Amerikada Funimation, Avstraliya və Yeni Zelandiyada Madman Entertainment, Fransa və Almaniyada Kazé tərəfindən lisenziyalaşdırılmışdır. Fransada Anime Digital Network, İtaliyada VVVVID, Şimali Amerikada Funimation, Avstraliya və Yeni Zelandiyada AnimeLab tərəfindən yayımlanmışdır.

Seriya siyahısı № Başlıq Rejissor Yayım tarixi İst.

Qeydlər

İstinadlar

Xarici keçidlər

Shimoneta to Iu Gainen ga Sonzai Shinai Taikutsu na Sekai: Man**-hen Mag Garden Comic Online-da

Kateqoriya:2012-ci ilin Yaponiya romanları Kateqoriya:Ranobelər Kateqoriya:2014-cü ilin manqaları Kateqoriya:2015-ci ilin anime serialları Kateqoriya:Yaponiya komediya romanları Kateqoriya:Yapon dilində romanlar Kateqoriya:Şonen manqaları Kateqoriya:Komediya anime və manqaları Kateqoriya:Eççi anime və manqaları Kateqoriya:Antiutopik anime və manqalar Kateqoriya:Məktəb haqqında anime və manqalar Kateqoriya:Gagaga Bunko Kateqoriya:Mag Garden manqaları Kateqoriya:J.C.Staff Kateqoriya:Tokyo Metropolitan Television verilişləri Kateqoriya:Madman Entertainment animeləri Kateqoriya:Funimation Kateqoriya:Ranobelərə əsaslanan anime və manqalar Kateqoriya:Ranobelərə əsaslanan televiziya verilişləri Kateqoriya:Romantik anime və manqalar