Klivlend Kavalers — Ohayo ştatının Klivlend şəhərini təmsil edən peşəkar basketbol klubu. NBA-da Şərq Konfransının Mərkəzi qrupunda yer alır. Komanda 1970-ci ildən Portlend Treyl Bleyzers və Buffalo Breyvs ilə birlikdə əlavə komanda kimi fəaliyyət göstərməyə başlayıb. Ev oyunlarını ilk olaraq 1970–1974-cü illərdə Klivlend Arenada,1974–1994-cü illərdə isə Richfield Coliseum-da keçirib. 1994-cü ildən isə komanda oyunlarını Klivlendin mərkəzində yerləşən Quicken Loans Arenada keçirir. Dan Gilbert 2005-ci ilin martından komandanın sahibidir.

Kavalers liqada çıxış etdikləri birinci ilin ilk 15 oyununu uduzmuş və ilk 5 il ərzində Şərq konfransında 6-cı yerdən yüksəyə qalxa bilməmişdi. Komanda 1976-cı ildə ilk Mərkəzi Divizion çempionluğunu qazanmışdır. Həmin ildə onlar həm də tarixlərində ilk dəfə Pley-offa və Şərq konfransının finalına yüksəlmişdir. Komanda 1980-ci ildə Ted Stepien tərəfindən satın alındı. Onun səlahiyyəti müddəti 6 məşqçi dəyişiklikliyi, mübahisəli transferlər və draft qərarları və 15 million $ maddi itki ilə yadda qalmışdır. Kavalersin bu zaman nəticəsi 66–180 idi və 24 oyunluq məğlubiyyət seriyasına imza atmışdı.

Corc və Qordon Qundlar 1983-cü ildə komandanı satın aldılar. 1980-ci illərin son illəri və 1990-cı illər ərzində Mark Prays və Bred Doferti tərəfindən rəhbərlik edilən Kavalers müntəzəm pley-off iddiaçısına çevrildi və 1992-ci ildə Şərq konfransının finalına qədər yüksəldi. Komandanın 1998-ci ildə pley-offlardakı çıxışından sonra Kavalers altı ardıcıl ildə pley-offlarda iştirak edə bilməmişdir. Klivlend 2003-cü ilin seçmələrində ilk sıra seçməsini qazanmış və LeBron Ceymsi seçmişdir. Ceymsin və Zidrunas İlqauskasın gəlişi ilə Kavalers 2005-ci ildən yenidən müntəzəm pley-off iddiaçılarına çevrildilər. Onlar 2007-ci ildə Şərq konfransının çempionu olduqdan sonra NBA Finallarında komanda tarixində ilk çıxışlarını etdilər. Növbəti 3 ildə Klivlendin NBA Finallarına çıxa bilməməsindən sonra, Ceyms 2010-cu ildə Mayami Hitə qoşuldu. Bunun nəticəsində Kavalers 2010–11 mövsümünü 26 oyunluq uduzma seriyası da daxil olmaqla konfransda sonuncu olaraq tamamladı. 2010–2014-cü illərdə komanda NBA seçmələrinin ilk seçimini üç dəfə- 2011,2013 və 2014-cü illərdə qazanmışdır. 2011-ci ildə onlar Kayri İrvinqi, 2013-cü ildə Entoni Benneti, 2014-cü ildə isə Endryu Vigginsi seçmişlər.

LeBron Ceyms 2014-cü ildə Kavalersə qayıtdı və komandanı 3 ardıcıl NBA Finallarına çıxardı. 2016-cı ildə Kavalers özünün ilk NBA çempionluğunu qazandı. 2016-cı ildə NBA Finallarında Klivlendin qələbəsi tarixdə ilk dəfə bir komandanın 3–1 hesabla geriyə düşməsindən sonra geri dönüş etməsi ilə yadda qaldı. 2016–2017-ci ilə qədər Kavalers 21 dəfə pley-offlarda çıxış etmiş, 6 Mərkəzi Diviziya çempionluğu, 4 Şərq Konfransı çempionluğu və bir NBA titulu qazanmışdır.

Tarixi

Oyunçular Kavalersin heyətiOyunçularMəşqçilərMövqe.No.AdHündürlükÇəkiDoğum tarixiGəldiyi yerG81Xose Kalderon6 ft 3 in (1.91 m)200 lb (91 kg)1981-09-28İspaniyaF99Cey Krauder6 ft 6 in (1.98 m)235 lb (107 kg)1990-07-06MarquetteF8Çenninq Fray6 ft 11 in (2.11 m)255 lb (116 kg)1983-05-17ArizonaF32Cef Qrin6 ft 9 in (2.06 m)235 lb (107 kg)1986-08-28CorctaunG/F10Con Holland(TW)6 ft 5 in (1.96 m)205 lb (93 kg)1988-11-06Boston UniversitetiF23LeBron Ceyms (C)6 ft 8 in (2.03 m)250 lb (113 kg)1984-12-30St. Vincent-St. Mary HS (OH)G26Kayl Korver6 ft 7 in (2.01 m)212 lb (96 kg)1981-03-17KreytonF/C0Kevin Lav (C)6 ft 10 in (2.08 m)251 lb (114 kg)1988-09-07UCLAF16Cedi Osman6 ft 8 in (2.03 m)215 lb (98 kg)1995-04-08TürkiyəG15London Perrantes (TW)6 ft 2 in (1.88 m)190 lb (86 kg)1994-10-03VirciniyaG1Derik Rous6 ft 3 in (1.91 m)190 lb (86 kg)1988-10-04MemfisG4İman Şampert6 ft 5 in (1.96 m)220 lb (100 kg)1990-06-26Corcoiya TexG/F5J. R. Smit6 ft 6 in (1.98 m)225 lb (102 kg)1985-09-09St Benedikt məktəbiG3Ayziah Tomas5 ft 9 in (1.75 m)185 lb (84 kg)1989-02-07VaşinqtonF/C13Tristan Tompson6 ft 9 in (2.06 m)238 lb (108 kg)1991-03-13TexasG9Dveyn Veyd6 ft 4 in (1.93 m)220 lb (100 kg)1982-01-17MarquetteF/C41Ante Ziziç6 ft 11 in (2.11 m)250 lb (113 kg)1997-01-04Xorvatiya Baş məşqçi Tyron Lu Assistant coach(es) Leri Dryu HC) Cim Boylan Fil Hendi Deymon Cons Mayk Lonqabardi Ceyms Pozi Vitali Potapenko

Legend (C) Komanda kapitanı (DP) İmzalanmamış seçim (FA) Azad agent (S) Cəzalı

(TW) İkiyönlü oyunçu Roster * Transactions

Arenalar Cleveland Arena (1970–1974) Richfield Coliseum (1974–1994) Quicken Loans Arena (1994–indiyə qədər)

Şəxsi rekordlar və göstəricilər

Qazanılan xallar (müntəzəm çempionatda) LeBron Ceyms (20,868) Zydrunas Ilgauskas (10,616) Brad Daugherty (10,389) Austin Carr (10,265) Mark Price (9,543) Bingo Smith (9,513) Hot Rod Williams (8,504) Kayri İrvinq (8,232) Larry Nance (7,257) Campy Russell (6,588) World B. Free (6,329) Terrell Brandon (5,793) Jim Chones (5,729) Danny Ferry (5,643) Mike Mitchell (5,217) Craig Ehlo (5,103) Phil Hubbard (4,962) Anderson Varejão (4,485) Ron Harper (4,433) Tristan Tompson (4,378)

Digər statistikalar (müntəzəm çempionatda) Rebaundların sayıOyunçuRebaundlarZydrunas Ilgauskas5,904Tristan Tompson4,029LeBron Ceyms5,482Larry Nance3,561Jim Chones3,790Jim Brewer3,551Hot Rod Williams4,669Brad Daugherty5,227Bingo Smith3,057Anderson Varejão4,434 Assistlərin sayıOyunçuAssistlərLeBron Ceyms5,481Mark Price4,206John Bagley2,311Terrell Brandon2,235Foots Walker2,115Kayri İrvinq2,114Brad Daugherty2,028Andre Miller2,015Austin Carr1,820Craig Ehlo1,803 Steallərin sayıOyunçuSteallərLeBron Ceyms1,260Mark Price734Foots Walker722Craig Ehlo661Terrell Brandon621Hot Rod Williams587Ron Harper530Anderson Varejão529Kayri İrvinq504John Bagley474

Həmçinin bax Böyük üçlük (Klivlend Kavalers)

İstinadlar

Kateqoriya:ABŞ basketbol klubları Kateqoriya:Şərq konfransı (NBA) Kateqoriya:Klivlend Kavalers Kateqoriya:1970-ci ildə yaradılmış basketbol klubları