Sarah Attar (27 avqust 1992, Eskondido, Kaliforniya, Amerika Birləşmiş Ştatları) — Səudiyyə Ərəbistanı təmsil edən marafonçu. Sarah Attar Səudiyyə Ərəbistanı 2012 və 2016-cı ildə Yay Olimpiya Oyunlarında təmsil etdi.
Karyerası Sarah Attar birinci dəfə Olimpiya Oyunlarına 2012-ci ildə qatıldı. Həmin il Londonda baş tutan yarışlarda Sarah Attar 800 metr məsafəyə qaçış yarışlarının təsnifat mərhələsində 2:44.95 saniyəlik nəticə ilə 8-ci yeri tutdu və mübarizəni dayandırdı.
Sarah Attar növbəti Olimpiadasına 2016-cı ildə qatıldı. O, Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında marafon yarışlarında qüvvəsini sınadı və məsafəni 3 saat 16 dəqiqə 11 saniyəyə qət edərək 157 marafonçu sırasında 132-ci yeri tutdu.
Mənbələr İstinadlar
Kateqoriya:2012 Yay Olimpiya Oyunlarında yüngül atletlər Kateqoriya:2016 Yay Olimpiya Oyunlarında yüngül atletlər