Haulun yeriyən qəsri (ハウルの動く城 Hauru no uqoku şiro) - Studio Ghibli tərəfindən 2004 ildə çəkilən tammetrajlı animasiya filmi. İngilis yazıçısı Diana Uinn Consun eyniadlı əsəri əsasındə yaradılıb. Filmin rejissoru Hayao Miyazakidir. 2006 ilin Oskar mükafatına ən yaxşı tammetrajlı cizgi filminə görə nominasiya olmuşdur, lakin mükafatı “Volles və Qromit” cizgi filmi əldə etdi. Miyazakinin dediyinə görə qəsrin obrazı rus nağıllarından götürülüb.
Məzmun Paralel dünya, Avropanın XIX əsri. Sadə papaqçı Sofinin həyatı sirli sehrbaz Haulun yeriyən qəsrini gördükdən sonra tamamilə dəyişir. O, Sofini ona sataşan iki hərbçidən xilas edir və Sofi ona vurulur. Lakin bu ona baha başa gəlir – qısqanc cadu Sofinin cavanlığını və gözəlliyini əlindən alır. Sofi doğma evini tərk etməli və cadunu pozmaq üçün yola düşməli olur. Yolda o turp müqəvva ilə rastlaşır. Müqəvva ona hasa verir və qəribə yeriyən qəsrə çatmağa kömək edir. Sofi “Nənə” qəsrin sahibinin icazəsi olmadan özünü xadimə elan edir. Vaxt keçdikcə o özünə dost tapır – od demonu Kalsifer, Haulun tələbəsi Markl və qəsrin sahibi Haulun özü. Onların hamısı caduya məruz qalıblar. Bu cadunu pozmaq üçün onlar çoxlu sınaqlardan keçməli olacaqlar.
Mükafatlar və nominasiyalar 2004 – Venesiya Film Festivalında "Golden Osella" mükafatı 2004 – Sicesdə Katalon kinofestivalında ən yaxşı film kimi tamaşaçıların mükafatı 2005 - Tokyo TV Anime awards ən yaxşı anime-film mükafatı 2006 – MTV Rusiya ən yaxşı anmasiya filmi mükafatı 2006 – Oskar mükafatına ən yaxşı animasiya filmi kimi nominasiya ( Hayao Miyazaki ) 2006 – Saturn mükafatına ən yaxşı animasiya filmi kimi nominasiya 2006 – Enni mükafatına üç nominasiya: ən yaxşı animasiya filmi, ən yaxşı rejissura, ən yaxşı ssenarı 2006 – Gümuş lent mükafatına xarici filmin ən yaxşı rejissurası kimi nominasiya 2007 – Nebula mükafatı ən yaxşi ssenari kimi.
Maraqlı faktlar Kristian Beyl “Ruhlarla sovrulanlar” filminə baxandan sonra İngilis versiyasında istənilən rolun səsləndirməsi təklifi ilə dərhal razılaşdı, nəticədə o Haulu səsləndirdi. Filmdəki səsləndirmə aktrisa Cin Simmonsun son rolu oldu. Film Yaponiyadakı relizdən əvvəl 61-ci Venesiya Film Festivalında göstərildi. Bu festivalı açan ilk yapon animasiyası oldu və “Qızıl Ozella” mükafatını qazandı. Çəkilişdən əvvəl animatorlar peyzaj axtarışında Avropaya yola düşdülər və lazımi peyzajları Fransanın Elzas bölgəsində tapdılar. Kolmar şəhəri öz rəngləri və təbiəti ilə animatorlara böyük təəssürat bağışladı. Əsas fon eskizləri bu şəhərin gözəl peyzajları təsiri altında çəkilib. Film ümumilikdə 235 milyon dollara yaxın gəlir gətirdi.
Xarici keçidlər
Diana Consun kitabi haqqında
Kateqoriya:Stimpank anime və manqaları Kateqoriya:Müharibə haqqında anime və manqalar Kateqoriya:2004-cü ilin anime filmləri Kateqoriya:Macəra anime və manqaları Kateqoriya:Romanlara əsaslanan anime və manqalar Kateqoriya:Hayao Miyazakinin animeləri Kateqoriya:Cadugərlik haqqında anime və manqalar Kateqoriya:Yaponca filmlər Kateqoriya:Romantik anime və manqalar Kateqoriya:Fentezi anime və manqaları Kateqoriya:Romanlara əsaslanan filmlər Kateqoriya:Fantastika romanları əsasında çəkilən filmlər Kateqoriya:Walt Disney Pictures filmləri Kateqoriya:Bəddua haqqında filmlər Kateqoriya:Anime filmləri Kateqoriya:Dram anime və manqaları Kateqoriya:2004-cü ilin fentezi filmləri Kateqoriya:Studio Ghibli Kateqoriya:Fentezi romanları əsasında çəkilən filmlər Kateqoriya:Böyük Britaniya romanlarına əsaslanan filmlər