Trindadi () — yaşayışı olmayan, Atlantik okeanda yerləşən, Braziliyaya məxsus ada. Təxmini olaraq Braziliyanın Viktoriya şəhərindən 1150 km şərqdə yerləşir.
Coğrafiya Ada 3 km enə və 6 km uzunluğa, 10,3 km² sahəyə malikdir. Trindadi-e-Martin-Vas arxipelaqının ən böyük adasıdır. Vulkanik məhşəllidir. Ada aktiv stratovulkandır. Ada XIX əsrə qədər meşələrlə örtülü olmuşdur. Hazırda isə adanın cənub hissəsi istisna olaraq səhra tiplidir.
Tarix Ada ilk dəfə 1502-ci ildə portuqal səyyah Vasqo da Qama tərəfindən işğal olunmuşdur. Braziliyanın müstəqilliyini elan olunmasına qədər ərazi Portuqaliyaya məxsus olmuşdur. 1890–1896-cı illər ərzində ada Böyük Britaniya tərəfindən işğal edilmişdi. Braziliya ilə anlaşmadan sonra geri qaytarılmışdır.
İstinadlar
Xarici keçidlər Volcano Live — John Search
Kateqoriya:Espiritu-Santu coğrafiyası Kateqoriya:Vulkanik adalar Kateqoriya:Stratovulkanlar Kateqoriya:Atlantik okeanın yaşayış olmayan adaları