thumb|280px Madeyra — Cənubi Amerika ərazisindən axan, Amazon çayının iri qollarından biri.

Çay Mamore çayı və Beni çayının birləşməsindən əmələ gələrək Boliviya və Braziliya sərhəddindən başlayaraq axır. Ümumilikdə 100 km məsafədə sərhədi təşkil edir. Sonradan şimal-şərqdən Braziliyanın Rondoniya və Amazonas ştatları ərazisinə axır. Çayın uzunluğu 3230 km, hövzəsinin sahəsi 1158 min km² təşkil edir.

Mövsümdən asılı olaraq 12 m dərinliyə malik ola bilər. Bolsulu olduğu dövr oktyabrdan mayda qədərdir. Çayın adı madeira sözü portuqalcadan tərcümədə ağac mənasını verir. Belə ki, çay Amazon cəngəlliklərindən axır.

Gəmiçilik limanları: Portu-Velyu. Çay kənarında yerləşən şəhərlər: Portu-Velyu, Umayta, Manikore.

Madeyra çayında Amazon delfini yayılmışdır.

2007-ci ilin iyulunda Braziliya hökuməti Madeyra çayı üzərində iki SES (Santu-Antoniu və Jirau) tipintisinin planlaşdırdığını elan etmişdir.

İstinadlar

Xarici keçidlər Amazonka və Madeyra

Kateqoriya:Boliviya çayları Kateqoriya:Rondoniya çayları Kateqoriya:Sərhəd çayları Kateqoriya:Amazonas (Braziliya ştatı) çayları