Joze Qratsiano da Silva (; d. 17 noyabr 1949) — Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının 8-ci Baş direktoru.
Həyatı 17 noyabr 1949-cu ildə anadan olmuşdur.
Joze Qratsiano da Silva bir müddət Braziliyanın Kampinas Dövlət Universitetində dərs demiş və İqtisadiyyat İnstitutunun İqtisadi İnkişaf və Ətraf Mühit üzrə Magistr və Doktorluq Proqramlarına rəhbərlik etmişdirBMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının baş direktoru BDU-nun fəxri doktoru olub - FOTOSESSİYA. apa.az, 25.05.2015 .
O, 30 ildən artıq ərzaq təhlükəsizliyi və kənd təsərrüfatı məsələləri sahəsində çalışmışdır. 2001-ci ildə Braziliyanın "Sıfır Aclıq" proqramını hazırlayan komandaya rəhbərlik etmişdir. 2003-cü ildə Braziliyada Ərzaq Təhlükəsizliyi və Aclıqla Mübarizə üzrə xüsusi nazir olmuşdur.
26 iyun 2011-ci ildə 26 üzv ölkənin nümayəndələrindən ibarət konfransda BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının baş direktoru vəzifəsinə seçilmiş və 2012-ci ildə baş direktor mandatını qəbul edəndən bəri təşkilatın daxilində böyük transformasiya dəyişikliklərinə rəhbərlik etmişdir.
Mükafatları 25 may 2015-ci ildə ona Bakı Dövlət Universitetinin Fəxri doktoru adı verilmişdir.
İstinadlar
Kateqoriya:San-Paulu Universitetinin məzunları Kateqoriya:Bakı Dövlət Universitetinin fəxri doktorları Kateqoriya:Braziliya aqronomları Kateqoriya:Berkli Kaliforniya Universitetinin məzunları Kateqoriya:Braziliya nazirləri