Qisas və qanun (digər adı: Qığılcım) ( ; ) — rejissor Rameş Sippinin 1975-ci ildə çəkdiyi film.

Məzmun

Bir gün inspektor Thakur Sinqx (Sanciv Kumar) qatarla Viru (Dharmendra) və Cay (Amitabh Baççan) adlı 2 cinayətkarı apararkən Qabbar Sinqxin (Amcad Xan) quldur dəstəsi qatara hücum edir. Bu zaman Viru və Cay Thakura quldurları öldürməkdə kömək edirlər. Quldurların hamısı öldürülür. Lakin, quldurların atdığı güllələrdən biri Thakura dəyir və o yaralanır. Bu zaman Viru və Cay qaçmaq istəyirlər. Cay Viruya təklif edir ki, püşk atsınlar. Və onlar Thakkkuru xəstəxanaya aparırlar. Thakur sağalır. Bir neçə il sonra Thakur Qabbar Sinqxin izinə düşür və onu 20 il müddətinə həbs edir. Bu zaman Qabbar Sinqx Thakura deyir:

Bir neçə aydan sonra Qabbar Sinqx həbsxanadan qaçır və Thakurun bütün ailəsini öldürür. Bunu görən Thakur Qabbar Sinqxin yanına ondan qisas almağa gedir. Lakin o, Qabbarın düşərgəsinə çatdıqda quldurlar onun əlini bağlayır. Və Qabbar Thakurun iki əlini kəsir. İllər keçir, Thakurun yadına Viru və Cay düşür. Və Thakur Viru və Caya pul verib onlara Qabbar Sinqxi tutmağı tapşırır. Uzun mübarizədən sonra Viru və Cay Qabbar Sinqxin bütün dəstəsini məhv edirlər. Lakin, bu mübarizədə Cay həlak olur. Sonda Thakur özü Qabbar Sinqxi öldürür. Və bununla da Qabbardan qisasını almış olur.

Rollarda Dharmendra — Viru Hema Malini — Basanti Sanciv Kumar — inspektor Thakur Sinqh Amitabh Baççan — Cay Caya Bhaduri — Radxa Amcad Xan — Qabbar Sinqh

İstinadlar

Xarici keçidlər

Sholay at Bollywood Hungama

Sholay 30th Anniversary site at BBC Asian Network

Kateqoriya:Hindistan filmləri Kateqoriya:1975-ci ilin filmləri Kateqoriya:Tammetrajlı filmlər Kateqoriya:Rameş Sippinin filmləri Kateqoriya:Baddi döyüş filmləri Kateqoriya:Hindistandakı sosial problemlərdən bəhs edən filmlər Kateqoriya:Hindistanın soyğun filmləri Kateqoriya:Hindistanın polis filmləri Kateqoriya:Televiziya şoularına adaptasiya edilmiş filmlər Kateqoriya:Adaptasiyalara əsaslanan filmlər Kateqoriya:Hindcə filmlər Kateqoriya:Digər dillərdə yenidən çəkilmiş hind filmləri Kateqoriya:Mumbayda çəkilmiş filmlər Kateqoriya:Hindistanın döyüş filmləri Kateqoriya:Hindistanın dram filmləri Kateqoriya:Hindistanın komediya filmləri Kateqoriya:UTV Motion Pictures filmləri Kateqoriya:Fırıldaqçılar haqqında filmlər Kateqoriya:Dramlar Kateqoriya:Amerika filmlərinin hind remeykləri Kateqoriya:Sosial sinif haqqında filmlər Kateqoriya:Yuxarı təbəqə haqqında filmlər