və ya qısaca — Yoşiyuki Fucivaranın rejissorluğu ilə Doga Kobo studiyası tərəfindən istehsal olunmuş anime serialı. Anime serialının ssenarisini Naotaka Hayaşi yazmış, personajlarını Okiura dizayn etmişdir. Yaponiyada 5 apreldən 28 iyun 2015-ci ilə kimi yayımlanmışdır.

Məzmun "Plastic Memories"-də hadisələr yaxın gələcəkdəki bir şəhərdə baş verir. Bu şəhərdə insanlar normal insana çox oxşayan, emosiyalara və yaddaşa malik androidlərlə birlikdə yaşayırlar. Android istehsalında qabaqcıl şirkətlərdən biri olan SAI Corp indiyə qədər insana ən çox oxşayan android modeli Qiftiyanı () təqdim edir. Bir qiftiyanın ömrü 81.920 saat (təxminən 9 il 4 ay) təşkil edir. Bu zaman limitini keçdikdən sonra qiftiya şəxsiyyətini və yaddaşını itirir, insanlara qarşı şiddət tətbiq etməyə başlayır. Bu halın qarşısını almaq üçün terminal xidmətləri fəaliyyət göstərir. Terminal xidmətinin vəzifəsi yaxında istifadə müddəti bitəcək qiftiyaları sahiblərindən təhvil almaq və yaddaşlarını silməkdir. İşi sistemləşdirmək üçün bir insandan ("nəzarətçi" adlandırılır) və bir qiftiyadan ("nişancı" adlandırılır) ibarət iki nəfərlik komandalar yaradılır. Hekayə I terminal xidmətinin ofisində nəzarətçi kimi yenicə işə başlamış Tsukasa Mizuqakidən və yaxın zamanda ömrü bitəcək partneri Ayla adlı qiftiyadan bəhs edir.

Personajlar

I terminal xidməti

Anime serialının baş qəhrəmanı olan 18 yaşlı oğlandır. Səhhətində yaranan problemlərə görə kollec imtahanlarını keçmədiyindən atasının köməyi ilə terminal xidmətində işləməyə başlayır. Halbuki işə başlamazdan qabaq nə ilə məşğul olduqlarını bilmirdi. Aylanın nəzarətçisi təyin olunur, lakin ilk başlarda Aylanın tezliklə sıradan çıxacağından bixəbər idi. Tsukasa bunu öyrənəndə Aylanı tərk etməyi imtina edir. Ayla ilə partnerliyi zamanı onu sevdiyini anlayır.

Anime serialının baş qadın qəhrəmanıdır. Ayla uşaq görünüşünə malik qiftiyadır. Çox bacarıqsızdır, hətta adi işləri belə görə bilmir. Ayla terminal xidmətinin veteran işçilərindən biridir və bir zamanlar Kazukinin nişancısı idi. Çay servis etmək işi ona tapşırılır. Tsukanın gəlişindən sonra onun nişancısı olur, lakin ömrünün bitməsinə cəmi 2000 saat qalıb. Sonda Tsukasaya aşiq olur.

Terminal xidmətində işləyən 17 yaşlı qızdır və işə Tsukadan 1 il qabaq başlayıb. Tsukasaya qarşı sevgi hislərinin olduğunu görünür, lakin bunu etiraf etməyi rədd edir. Miçiru bir qiftiya tərəfindən böyüdülüb, buna görə də "android uşaq" adlandırılır. Atasının istifadə müddəti bitdikdə və onu geri almaq istəyəndə Miçiru buna mane olmaq istəyib, lakin atasının "Sərsəri" olmasına və xüsusi təhlükəsizlik əməkdaşları tərəfindən məhv edilməsinə səbəb olub. Buna görə Miçiru xüsusi təhlükəsizlik əməkdaşlarını nifrət edir. Bu təcrübəsindən sonra Miçiru terminal xidmətində işə başlayır.

Lisey şagirdi görünüşünə malik qiftiyadır. Miçirunun nişancısıdır. Zak ətrafındakı insanları əsəbləşdirməyi və onların sirlərini ortaya çıxarmağı sevir.

Birinci terminal xidmətinin boslarından biridir. Bir zamanlar Aylanın nəzarətçisi idi. Buna görə Aylanın xətrini çox istəyir. Alkoqola qarşı çox həssasdır: bir-iki stəkan içən kimi sərxoş olur. Üç il əvvəl Miçirunun atasını geri almağa çalışarkən bir ayağını itirib.

Kazukinin hazırkı nişancısı olan qiftiyadır. Mülayim xasiyyəti ilə tanınır.

Terminal xidmətinin veteran işçisidir. Artıq 10 ildir ki, bu işdə işləyir. Özünü həmişə çox rahat aparır, motivasiya çatışmazlığı var.

Yasutakanın nişancısı olan qiftiyadır. Çox ciddi şəxsiyyətə və karyera qadını görünüşünə malikdir. Yasutaka tez-tez işlərini atdığından Şerri həmişə buna əsəbləşir. Əsəbləşəndə Kazuki qədər dəhşətli ola bilir.

Terminal xidmətinin işçilərindən biridir.

iftiya təmir komandasının mühəndisidir. Bu işdə iki ildir ki, işləyir. Çox çılğın şəxsiyyətə malikdir, Aylanı çox sevir. Onun keçmiş dostu Oliviya illər əvvəl təhvil alınıb. Lakin Oliviyanın OS-u dəyişdirilib və hazırda üçüncü terminal xidmətində Endi adı ilə yeni həyata başlayıb.

Birinci terminal xidmətinin bölmə meneceridir. Onun əvvəlki işləri satışlarla bağlı idi, buna görə də indiki işi ilə bağlı çox təcrübəsi yoxdur. Qızı ilə ünsiyyət saxlamaqda problemlərinin olduğu görünür.

Erunun gözətçisi və qiftiyaların fiziki bacarıqlarını sınaqdan keçirmək üçün qurulmuş test otağının başçısıdır.

Digər personajlar

Nina adlı qiftiya nəvəsini böyüdən sərt, qoca qadındır.

Çizu tərəfindən böyüdülmüş qiftiyadır.

Marsiya adlı qiftiya tərəfindən böyüdülmüş "android uşağıdır". Marsiya yaxın zamanda istifadə müddətini bitirəcəyindən Sota qiftiyalara güvənmir və Marsiyanın getməsinə razıdır. Lakin Tsukasa, Ayla və Miçiru onların arasındakı münasibətləri düzəldirlər.

Sotanı böyütmüş qiftiyadır.

İstifadə müddətini keçmiş qiftiyaları ovlamaq üçün nəzərdə tutulmuş təhlükəsizlik komandasının başçısıdır.

Üçüncü terminal xidmətinin nişancısıdır. Bir zamanlar Erunun qonşusu və dostu Oliviya idi. Lakin daha sonra terminal xidməti tərəfindən təhvil alınır. Lakin büdcə kəsirlərinə görə onun OS-u dəyişdirilmiş və Endi olmuşdur.

Sara adlı qiftiyaya sahib mafiya başçısıdır. Sara onun cangüdənidir. Saranın təhvil vaxtı yaxınlaşanda Antonio başa düşür ki, həyat tərzinə görə Sara normal yaşaya bilmir. Buna görə Ayladan Saranı əyləndirməsini istəyir.

Antonionun qiftiyasıdır. İllərlə Antonionun cangüdəni olub. Buna görə də ikisi çox yaxındır və Sara Antonionu babası kimi görür.

Media

Anime

Anime serialı Yoşiyuki Fucivaranın rejissorluğu ilə Doga Kobo studiyası tərəfindən istehsal olunmuş və 13 seriya davam etmişdir. İstehsal olunacağı Kadokawa Shoten nəşriyyatının "Dengeki G's Magazine" jurnalının 2014-cü il noyabr buraxılışında anons edilmişdir. Animenin ssenarisi Naotaka Hayaşi tərəfindən yazılmış, musiqisi Mages tərəfindən bəstələnmişdir. Okiura orijinal personaj dizaynlarını hazırlamış, Çiaki Nakacima onları animeyə uyğunlaşdırmış, arxaplan Atelier Rourke 07, Gachi Production və Nara Animation tərəfindən hazırlanmışdır. Serial 5 apreldən 28 iyun 2015-ci ilə kimi Tokyo MX kanalı vasitəsilə yayımlanmışdır. Növbəti tarixlərdə isə GYT, GTV, ABC, GBS, MTV, BS11 və AT-X vasitəsilə nümayiş etdirilmişdir. 9 aprel 2015-ci ildə Niconico vasitəsilə yayımlanmağa başlamışdır. Bundan əlavə Aniplex Channel, Crunchyroll (4 aprel 2015-ci ildən Böyük Britaniya, Almaniya, İrlandiya, Avstriya və Lixtenşteyn istisna olmaqla Şimali Amerika, Mərkəzi Amerika, Cənubi Amerika və Avropada), Hulu, Hanabee və Daisuki vasitəsilə də nümayiş etdirilmişdir. Viewster isə animeni ABŞ, Kanada və Latın Amerikasında yayımlamışdır.

"Plastic Memories" Şimali Amerikada Aniplex of Amerika, Böyük Britaniyada Anime Limited, Avstralasiyada Hanabee tərəfindən lisenziyalaşdırılmışdır.

Anime serialının açılış mahnısı Eri Sasaki tərəfindən ifa olunan "Ring of Fortune" mahnısı, bağlanış mahnısı isə Asami İmay tərəfindən ifa olunan mahnısı olmuşdur. Birinci və yeddinci seriyalarda Melody Chubak tərəfindən ifa olunan "Again & Again" mahnısından istifadə olunmuşdur. Səkkizinci seriyada "Ring of Fortune" mahnısı bağlanış mahnısı olmuşdur. Onuncu seriyada Aylanın səsləndiricisi Sora Amamiya tərəfindən ifa olunan mahnısı səsləndirilmişdir.

Manqa Yuuyuunun rəssamlığı ilə hazırlanmış adlı spin-off manqasında hadisələrin baş qəhrəmanı Miçiru Kinuşimadır. 2015-ci ilin iyununda ASCII Media Works nəşriyyatının "Dengeki G's Comic" jurnalında nəşr olunmağa başlamışdır. Manqa jurnalda serializasiya olunmazdan əvvəl 27 aprel 2015-ci ildə bir tankobon cildi buraxılmışdır. 27 noyabr 2015-ci ildə isə ikinci cildi çapdan çıxmışdır.

Cild siyahısı

Videooyun 5pb. şirkəti tərəfindən PlayStation Vita üçün istehsal olunmuş vizual romanın Yaponiyada 13 oktyabr 2016-cı ildə buraxılması planlaşdırılır.

Qəbul Anime News Network anime serialının hekayəsinə B, animasiyasına B-, incəsənətinə B- və musiqisinə B reytinqi vermiş, ümumilikdə isə animeni B reytinqi ilə qiymətləndirmişdir. Tənqidçi Teron Martin anime serialının yumorunu tənqid edərək tutarsız olduğunu və daha ciddi səhnələrdə yaxşı inteqrasiya olunmadığını bildirmişdir.

Goo Ranking tərəfindən 2016-cı ilin oktyabrında 500 nəfər arasında keçirilmiş sorğuda ən kədərli 18-ci anime (12 səslə) seçilmişdir.

İstinadlar

Xarici keçidlər

Plastic Memories: Say to Good-bye ComicWalker-də Plastic Memories 5pb.-də

Kateqoriya:Dram anime və manqaları Kateqoriya:Elmi fantastika anime və manqaları Kateqoriya:Romantik anime və manqalar Kateqoriya:Tokyo Metropolitan Television verilişləri Kateqoriya:Asahi Broadcasting Corporation verilişləri Kateqoriya:2015-ci ilin anime serialları Kateqoriya:2015-ci ilin manqaları Kateqoriya:ASCII Media Works manqaları Kateqoriya:Seynen manqaları Kateqoriya:Vizual romanlar Kateqoriya:PlayStation Vita videooyunları Kateqoriya:Yaponiya videooyunları Kateqoriya:2016-cı ilin videooyunları Kateqoriya:Orijinal ssenari ilə çəkilmiş animelər Kateqoriya:Faciə anime və manqaları Kateqoriya:Doga Kobo Kateqoriya:5pb. Kateqoriya:Komediya anime və manqaları Kateqoriya:Kadokawa Dwango franşizləri