— Tomonori Sudonun rejissorluğu və Yuki Kaciuranın bəstəkarlığı ilə Ufotable studiyası tərəfindən çəkilmiş anime filmi trilogiyası. Type-Moon şirkəti tərəfindən istehsal olunmuş "Fate/stay night" vizual romanının sonuncu – 3-cü hekayəsi olan "Heaven's Feel" hekayəsinin adaptasiyasıdır, hadisələrin əsas diqqət mərkəzində Sakura Matodur.

Trilogiyanın birinci filmi olan "Presage Flower" filminin premyerası 14 oktyabr 2017-ci ildə baş tutmuşdur. İngilis dilinə dublajı 5 iyun 2018-ci ildə ABŞ-də buraxılmışdır. İkinci film "Lost Butterfly" 12 yanvar 2019-cu ildə ekranlaşdırılmışdır. Üçüncü və sonuncu film "Spring Song" isə 15 avqust 2020-ci ildə buraxılmışdır.

"Kara no Kyōkai" film seriyasından, "Fate/Zero" və "Fate/stay night: Unlimited Blade Works" anime seriallarından sonra bu trilogiya Type-Moon şirkətinin əsərlərinin Ufotable studiyası tərəfindən çəkiləcək dördüncü anime adaptasiyasıdır.

Rollarda Noriaki Suqiyama rolunda. Noriko Şitaya rolunda. Kana Ueda rolunda. Ayako Kavasumi rolunda. Yuu Asakava rolunda. May Kadovaki rolunda. Masane Tsukuyama rolunda. Hiroşi Kamiya rolunda. Tetsu İnada rolunda.

Media Anime "Heaven's Feel" marşrutunun anime adaptasiyası Ufotable studiyası tərəfindən 27 iyul 2014-cü ildə anons edilmiş və Şiro Emiya ilə Sakura Mato personajlarının filmdəki dizaynları yayımlanmışdır. 2016-cı ilin martında studiya animenin trilogiya olacağını açıqlamışdır. Trilogiyanın ilk filminin tema mahnısı Aimer tərəfindən ifa olunan "Hana no Uta" mahnısıdır.

Trilogiyanın ilk filmi "Presage Flower" 14 oktyabr 2017-ci ildə buraxılmışdır və 3 noyabr 2017-ci ildə Aniplex of America tərəfindən Şimali Amerikada ekranlaşdırılmışdır. Madman Entertainment ilk filmin 4 noyabr 2017-ci ildə Melburn şəhərində keçirilmiş Madman Anime Festivalında nümayiş etdirmişdir.

Birinci film Almaniyada 2018-ci ilin yanvarında, Fransada 2 fevralda, İtaliyada 13 fevralda nümayiş etdirilmişdir."Presage Flower" üçün DVD buraxılışı 9 may 2018-ci ildə edilmişdir. İngilis DVD/BD buraxılışı 20 noyabr 2018-ci il üçün planlaşdırılıb.

Trilogiyanın ikinci filmi "Lost Butterfly" 12 yanvar 2019-cu ildə, üçüncü filmi "Spring Song" isə 15 avqust 2020-ci ildə buraxımışdır.

Manqa Task Onanın rəssamlığı ilə Type-Moon şirkəti tərəfindən istehsal olunmuş manqa adaptasiyası 2 may 2015-ci ildən Kadokawa Shoten nəşriyyatının "Young Ace" jurnalında nəşr olunur. 26 iyun 2015-ci ildə Kadokawa Shoten nəşriyyatı tərəfindən ilk cildi buraxılmışdır. 26 fevral 2020-ci ilə kimi 8 cildi çapdan çıxmışdır.

Qəbul Gəlir "Presage Flower" ilk həftəsində Yaponiyada ən çox gəlir əldə edən film olmuşdur. İki gün ərzində filmə baxmağa gələn 247.509 nəfər 413.030.840 yen gəlir gətirmişdir. Ümumilikdə, bütün dünyada 14.156.217 ABŞ dolları (Yaponiyada 13,7 milyon ABŞ dolları) gəlir əldə etmişdir.

Tənqid Trilogiyanın ilk filmi "Presage Flower" fanatlar tərəfindən çox bəyənilmişdir. Lakin "Fate" franşizi ilə ilk dəfə tanış olanlar detallar haqqında az məlumatın verilməsindən şikayətçi olmuşdular. Anime News Network anime filminə A dərəcəsi vermiş və ən yaxşı Fate anime adlandırmışdır.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Fate/stay night Kateqoriya:2015-ci ilin manqaları Kateqoriya:Fentezi anime və manqaları Kateqoriya:Romantik anime və manqalar Kateqoriya:Döyüş anime və manqaları Kateqoriya:Seynen manqaları Kateqoriya:Kadokawa Shoten manqaları Kateqoriya:Ufotable Kateqoriya:Aniplex Kateqoriya:Videooyunlara əsaslanan manqalar Kateqoriya:Yaponiyanın film seriyaları Kateqoriya:Trilogiyalar Kateqoriya:Zorlama haqqında filmlər Kateqoriya:Videooyunlara əsaslanan anime filmləri