Rafiq Radik oğlu Hüseynov (16 may 1988; Daşkənd, Özbəkistan SSR) — Azərbaycanı təmsil edən yunan-roma güləşçisi. Rafiq Hüseynov 2020-ci ildə Yaponiyanın Tokio şəhərinin ev sahibliyində baş tutan XXXII Yay Olimpiya Oyunlarında bürunc medala sahib olub. O, həmçinin 2021-ci ildə Norveçin Oslo şəhərində baş tutan Dünya Çempionatının qalibi olub.
Rafiq Hüseynov 2015-ci ildə Azərbaycanda I Avropa Oyunlarının gümüş medalına sahib olub. O, həm də 2011, 2020 və 2022-ci illərdə Avropa Çempionatının qızıl medallarını qazanıb.
Rafiq Hüseynov Azərbaycan idmanında xidmətlərinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29 iyun 2015-ci il tarixli Sərəncamına əsasən "Tərəqqi" medalı ilə, 12 avqust 2021-ci il tarixli Sərəncamına əsasən isə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.
Karyerası ərzində 70 beynəlxalq yarışa qatılan Rafiq Hüseynov onların 17-də qızıl medal, 15-də gümüş medal, 13-də isə bürünc medal qazanıb. Rafiq Hüseynov həmçinin Müdafiə Nazirliyinin zabitidir.
Həyatı Rafiq Radik oğlu Hüseynov 1988-ci il mayın 16-də Daşkənd şəhərində anadan olub. Əslən İrəvan şəhərindən olan Hüseynovlar ailəsi, 1989-cu ildən Azərbaycanda yaşamağa başlayıblar. 1995-2004-cü illərdə Nərimanov rayonunda 291 nömrəli "Araz" Ekologiya Liseyində təhsil alan Rafiq Hüseynov, 2006-2010-cu illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında (ADBTİA) ali təhsil alıb. 2010-2011-ci illərdə Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub.
Rafiq Hüseynov 1996-cı ildən güləşlə məşğul olur. Şəxsi məşqçisi atası Radik Hüseynovdur.
Karyerası 2003—2008-ci illər: Gənclər arasında Avropa çempionluğu Rafiq Hüseynov birinci beynəlxalq turniri 2003-cü ilin iyulunda Rusiyanın Rostov-na-Donu şəhərində baş tutan yeniyetmələr arasında Avropa Çempionatı oldu. Nəticədə o, turniri 11-ci pillədə başa vurdu.
Rafiq Hüseynovun növbəti turniri də 2004-cü ilin iyulunda Bolqarıstanın Albena şəhərində baş tutan yeniyetmələr arasında Avropa Çempionatı oldu. Bu səfər o, turnirin bürünc medalına sahib oldu.
Bir il sonra, 2005-ci ilin iyulunda da Rafiq Hüseynov yeniyetmələr arasında Avropa Çempionatında mübarizə apardı. Bu səfər o, Albaniyanın Tirana şəhərində baş tutan çempionatın final görüşündə Ukrayna nümayəndəsi Vladimir Loxoydaya məğlub oldu və turniri gümüş medalla başa vurdu.
Rafiq Hüseynovun növbəti turniri 2006-cı ilin iyulunda Macarıstanın Sombatxey şəhərində baş tutan gənclər arasında Avropa Çempionatı oldu. Nəticədə o, turniri yeddinci pillədə başa vurdu.
Bir il sonra, 2007-ci ilin iyununda da Rafiq Hüseynov gənclər arasında Avropa Çempionatında mübarizə apardı. Bu səfər o, Serbiyanın Belqrad şəhərində baş tutan çempionatın final görüşündə Serbiya nümayəndəsi Alexander Maximoviça məğlub oldu və turniri gümüş medalla başa vurdu.
2007-ci ilin əsas turniri isə iyunda Çində baş tutan gənclər arasında Dünya Çempionatı oldu. Rafiq Hüseynovun 1/16 final mərhələsində rəqibi Macarıstan nümayəndəsi Balint Korpasi oldu. Həmin görüşdə o, rəqibinə 2:0 hesabı ilə qalib gəldi və 1/8 final mərhələsinə adladı. Bu mərhələdə onun rəqibi Kuba nümayəndəsi Reyner Lessay oldu. Bu görüşdə də Rafiq Hüseynov rəqibinə qalib gəldi (2:0) və turnirin 1/4 final mərhələsinə adladı. Bu mərhələdə isə onun rəqibi Rusiya nümayəndəsi Ruslan Belxoroyev oldu. Bu görüşdə Rafiq Hüseynov rəqibinə 0:2 hesabı ilə məğlub oldu və mübarizəni təsəlliverici qrupda davam etdi. Təsəlliverici qrupun birinci görüşündə Rafiq Hüseynov Finlandiya nümayəndəsi Henri Hahala üzərində vaxtından əvvəl təmiz qələbə qazandı və bürünc medal uğrunda görüşə vəsiqə qazandı. Bu görüşdə isə onun rəqibi Çin nümayəndəsi Pan Jen oldu. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Rafiq Hüseynov rəqibinə 2:1 hesabı ilə qalib gəldi və gənclər arasında Dünya Çempionatının bürünc medalına sahib oldu.
Rafiq Hüseynovun 2008-ci ildə birinci turniri iyunda baş tutan Heydər Əliyevin xatirəsinə həsr olunan Qızıl Qran-Pri beynəlxalq turniri oldu. Nəticədə o, turniri yeddinci pillədə başa vurdu.
Rafiq Hüseynovun növbəti turniri iyulun əvvəllərində baş tutan gənclər arasında Avropa Çempionatı oldu. Finala gedən yolda bütün rəqibləri üzərində qələbə qazanan Rafiq Hüseynov, həlledici görüşdə Gürcüstan nümayəndəsi Sergey Proshura oldu. Final görüşündə də rəqibinə qalib gələn 20 yaşlı Rafiq Hüseynov gənclər arasında Avropa Çempionatının qalibi oldu. Bu onun beynəlxalq turnirlərdə qazandığı birinci qızıl medal oldu.
2008-ci ilin əsas turniri isə iyulun sonlarında İstanbul şəhərində baş tutan gənclər arasında Dünya Çempionatı oldu. Rafiq Hüseynovun 1/16 final mərhələsində rəqibi Kuba nümayəndəsi Reyner Lessay oldu. Həmin görüşdə o, rəqibinə 2:0 hesabı ilə qalib gəldi və 1/8 final mərhələsinə adladı. Bu mərhələdə onun rəqibi İran nümayəndəsi Səid Murad Abdevali oldu. Gərgin idman mübairizəsi şəraitində baş tutan görüşdə Rafiq Hüseynov rəqibinə 0:2 hesabı ilə məğlub oldu və mübarizəni təsəlliverici qrupda davam etdi. Təsəlliverici qrupun birinci görüşündə Rafiq Hüseynov Cənubi Koreya nümayəndəsi Yon Kyun Liya 2:0 hesabı ilə qalib gəldi. Təsəlliveirici qrupun növbəti görüşündə isə Rafiq Hüseynov İsveç nümayəndəsi Şərur Vardanyan üzərində vaxtından əvvəl təmiz qələbə qazandı və bürünc medal uğrunda görüşə vəsiqə qazandı. Bu görüşdə isə onun rəqibi Xorvatiya nümayəndəsi Daniel Yaneçiç oldu. Bu görüşdə Rafiq Hüseynov rəqibinə 2:0 hesabı ilə qalib gəldi və gənclər arasında Dünya Çempionatının bürünc medalına sahib oldu.
2009-cu il: Dünya Çempionatında debüt Rafiq Hüseynov 2009-cu ilin yanvarında Fransanın Kretey şəhərində baş tutan beynəlxalq turnirdə mübarizə apardı. Turnirin final görüşündə o, Azərbaycan nümayəndəsi Elvin Mürsəliyeva qalib gəldi və qızıl medalın sahibi oldu.
Daha sonra Rafiq Hüseynov fevralda Fransanın Kretey şəhərində baş tutan FILA Dünya Kubokunda mübarizə apardı. Nəticələrə əsasən yunan-roma güləşi üzrə Azərbaycan yığması turniri beşinci pillədə başa vurdu.
Rafiq Hüseynovun növbəti turniri iyulda baş tutan Heydər Əliyevin xatirəsinə həsr olunan Qızıl Qran-Pri beynəlxalq turniri oldu. Turnirin final görüşündə Özbəkistan nümayəndəsi Cahangir Muminova qalib gələn Rafiq Hüseynov turnirin qalibi oldu.
2009-cu ilin əsas turniri 20-27 sentyabrda Herninq şəhərində baş tutan Dünya Çempionatı oldu. Təsnifat mərhələsindən azad olan Rafiq Hüseynov 1/16 final mərhələsində İspaniya nümayəndəsi Xuan Xose Ruiz oldu. Həmin görüşdə Rafiq Hüseynov rəqibinə 2:0 (2:0, 6:0) hesabı ilə qalib gəldi və turnirin 1/8 final mərhələsinə adladı. Bu mərhələdə onun rəqibi Danimarka nümayəndəsi Mar Madsen oldu. Həmin görüşdə Rafiq Hüseynov rəqibinə 0:2 (0:2, 0:2) hesabı ilə məğlub oldu. Rəqibi final görüşünə vəsiqə qazandığına görə Rafiq Hüseynov təsəlliverici qrupda mübarizə apardı. Təsəlliverici qrupun birinci görüşündə Rafiq Hüseynov ABŞ nümayəndəsi Custin Lester oldu. Həmin görüşdə Rafiq Hüseynov rəqibi üzərində 2:0 (4:1, 4:0) hesabı ilə qələbə qazandı və növbəti görüşə vəsiqə qazandı. Bu görüşdə onun rəqibi Finlandiya nümayəndəsi Henri Valimai oldu. Həmin görüşdə də Rafiq Hüseynov rəqibinə qalib gəldi (1:0, 1:0) və bürünc medal uğrunda görüşə vəsiqə qazandı. Həlledici görüşdə onun rəqibi İran nümayəndəsi Fərşad Əlizadə oldu. Bu görüşdə Rafiq Hüseynov rəqibinə 0:2 (0:1, 0:4) hesabı ilə məğlub oldu və Dünya Çempionatını beşinci pillədə başa vurdu.
2010-cu il: Dünya Çempionatında beşinci pillə Rafiq Hüseynovun 2010-cu ildə birinci turniri yanvarda İstanbul şəhərində baş tutan V. Emre & H. Kaplan beynəlxalq turniri oldu. Həmin turnirin final görüşündə Türkiyə nümayəndəsi Şərəf Tüfəngə məğlub olan Rafiq Hüseynov turniri gümüş medalla başa vurdu.
Daha sonra Rafiq Hüseynovun iyulda baş tutan Heydər Əliyevin xatirəsinə həsr olunan Qızıl Qran-Pri beynəlxalq turnirndə mübarizə apardı. Həmin turnirdə uğursuzluqla üzləşən Rafiq Hüseynov nəticədə turniri 20-ci pillədə başa vurdu.
2009-cu ilin əsas turniri 6-12 sentyabrda Rusiyada baş tutan Dünya Çempionatı oldu. Təsnifat mərhələsindən azad olan Rafiq Hüseynov 1/16 final mərhələsində İsveç nümayəndəsi Robert Rosenqren oldu. Həmin görüşdə Rafiq Hüseynov rəqibinə 2:0 (1:0, 1:0) hesabı ilə qalib gəldi və turnirin 1/8 final mərhələsinə adladı. Bu mərhələdə onun rəqibi Türkiyə nümayəndəsi Səcuq Cəbi oldu. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Rafiq Hüseynov rəqibinə 1:2 (1:0, 0:1, 0:1) hesabı ilə məğlub oldu. Rəqibi final görüşünə vəsiqə qazandığına görə Rafiq Hüseynov təsəlliverici qrupda mübarizə apardı. Təsəlliverici qrupun birinci görüşündə Rafiq Hüseynov Dominikan Respublikası nümayəndəsi Anqelo Mota oldu. Həmin görüşdə Rafiq Hüseynov rəqibi üzərində 2:0 (1:0, 5:0) hesabı ilə qələbə qazandı və növbəti görüşə vəsiqə qazandı. Bu görüşdə onun rəqibi Xorvatiya nümayəndəsi Neven Yuqaç oldu. Həmin görüşdə də Rafiq Hüseynov rəqibinə qalib gəldi (4:0, 4:2) və bürünc medal uğrunda görüşə vəsiqə qazandı. Həlledici görüşdə onun rəqibi Rusiya nümayəndəsi İmil Şərəfəddinov oldu. Bu görüşdə Rafiq Hüseynov rəqibinə 0:2 (0:1, 0:4) hesabı ilə məğlub oldu və Dünya Çempionatını beşinci pillədə başa vurdu.
2011-ci il: Avropa Çempionatında qələbə Rafiq Hüseynovun 2011-ci ildə birinci turniri yanvarda İstanbul şəhərində baş tutan V. Emre & H. Kaplan beynəlxalq turniri oldu. Həmin turnirin final görüşündə Belarus nümayəndəsi Alexander Kixinova qalib gələn Rafiq Hüseynov turniri qızıl medalla başa vurdu.
Daha sonra Rafiq Hüseynov fevralda Belarusda baş tutan FILA Dünya Kubokunda mübarizə apardı. Turnirin nəticələrinə əsasən yunan-roma güləşi üzrə Azərbaycan yığması dördüncü pillədə qərarlaşdı.
İlin birinci nüfuzlu turniri 28 mart-4 apreldə Almaniyanın Dortmund şəhərində baş tutan Avropa Çempionatı oldu. Təsnifat mərhələsində Rafiq Hüseynov İspaniya nümayəndəsi Ricardo Gil Sorli ilə üz-üzə gəldi. Həmin görüşdə Rafiq Hüseynov rəqibi üzərində 2:0 hesabı ilə qələbə qazandı və turnirin 1/8 final mərhələsinə adladı. Bu mərhələdə onun rəqibi Fransa nümayəndəsi Xristofe Qenot oldu. Bu görüşdə də Rafiq Hüseynov rəqibinə 2:0 hesabı ilə qalib gəldi və turnirin 1/4 final mərhələsinə adladı. Bu mərhələdə onun rəqibi Sloveniya nümayəndəsi Yure Kuhar oldu. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Rafiq Hüseynov rəqibi üzərində 2:1 hesabı ilə qələbə qazandı və turnirin yarım-final mərhələsinə adladı. Finala gedən yolda isə onun rəqibi Türkiyə nümayəndəsi Səlcuq Cəbi oldu. Həmin görüşdə də Rafiq Hüseynov rəqibinə 2:0 hesabı ilə qalib gəldi və Avropa Çempionatının final görüşünə vəsiqə qazandı. Həlledici görüşdə onun rəqibi Macarıstan nümayəndəsi Peter Basçi oldu. Final görüşündə də rəqibi üzərində 2:0 hesabı ilə qələbə qazanan Rafiq Hüseynov Avropa Çempionatının qalibi oldu.
Daha sonra Rafiq Hüseynovun iyulda baş tutan Heydər Əliyevin xatirəsinə həsr olunan Qızıl Qran-Pri beynəlxalq turnirndə mübarizə apardı. Rafiq Hüseynov 1/8 final mərhələsində Gürcüstan nümayəndəsi Otari Fevadze ilə üz-üzə gəldi. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Rafiq Hüseynov rəqibinə 2:1 hesabı ilə qalib gəldi və 1/4 final mərhələsinə adladı. Bu mərhələdə onun rəqibi Türkiyə nümayəndəsi Əmrah Kuş oldu. Bu görüdə Rafiq Hüseynov rəqibi üzərində 2:0 hesabı ilə qələbə qazandı və turnirin yarım-final mərhələsinə adladı. Bu mərhələdə onun rəqibi Azərbaycan nümayəndəsi Elvin Mürsəliyev oldu. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Rafiq Hüseynov rəqibinə 1:2 hesabı ilə məğlub oldu və mübarizəni bürünc medal uğrunda görüşdə davam etdi. Bu görüşdə isə onun rəqibi Xorvatiya nümayəndəsi Neven Yuqaç oldu. Bu görüşdə Rafiq Hüseynov rəqibinə 0:2 hesabı ilə məğlub oldu və turniri beşinci pillədə başa vurdu.