İordaniya Universiteti () — İordaniyanın paytaxtı Amman şəhərində yerləşən dövlət dəstəkli universitet. Əsası 1962-ci ildə qoyulan universitet İordaniyanın ən böyük və ən yaşlı ali təhsil müəssisəsidir. right|thumb|250x250px|İordaniya Universitetinin xəstəxanası və tibb mərkəzi right|thumb|250x250px|İordaniya Universitetinin Mühəndislik fakültəsinin binası Universitet ölkədə ən yüksək qəbul göstəricilərinə malik olmaqla İordaniyanın bir nömrəli və ərəb dünyasının ən prestijli universiteti hesab edilir. Universitet Ammanın Universitet rayonunun Cübəyha bölgəsində yerləşir. Hazırda universitetin 1400 işçisi və 37 min tələbəsi var.

Tarixi Universitet 1962-ci ildə kral sərəncamı ilə yaradılmışdır. Universiteti əhatələyən bölgə Ammanın mərkəzi hissələrindən biridir və Universitet rayonu adlanır.

Tədris İordaniya Universiteti 20 fakültə və institutda bakalavr və magistr təhsili təqdim edir.

Mərkəzlər və institutlar

İnstitutlar: Arxeologiya institutu Başqa dildə danışanlar üçün beynəlxalq ərəb dili öyrətmə institutu Sosial işlər institutu Kənd təsərrüfatı araşdırmalarının təkmilləşdirilməsi və tədrisi institutu Müasir Dünyada İslamın Tədrisi İnstitutu

Universitet xəstəxanası Universitet xəstəxanası 1973-cü ildə yaradılmışdır. Universitet, həmçinin Kral Hüseyn Xərçəng Mərkəzi ilə də əlaqələrə malikdir. Bu mərkəz ABŞ-dən kənarda JCI Spesifik Xəstəlik Sertifikasiyasından keçmiş ilk xərçəng mərkəzidir. (noyabr 2007)

Beynəlxalq əlaqələr və razılaşmalar İkitərəfli razılaşmalar İordaniya Universiteti əsasən tələbə mübadilə proqramları üzrə yüzlərlə razılaşma imzalamışdır ki, onlardan 16-sı ABŞ universitetləridir.Bilateral agreement University of Jordan and Vanderbilt University .Agreements University of Jordan

Üzv olduğu təşkilatlar Beynəlxalq Universitetlər Assosiasiyası İslam Dünyası Universitetləri Federasiyası Aralıq dənizi hövzəsi Universitetləri İttifaqı Ərəb Universitetləri Assosiasiyası

Tələbələr Universitetin tələbə təşkilatı olan İordaniya Universiteti Tələbə Birliyi illik seçilən 80 üzvdən ibarət tələbə şurasıdır və tələbələr üçün xüsusi maraq kəsb edən məsələlərdə tələbələrlə universitet rəhbərliyi arasında vasitəçi kimi çıxış edir. Təşkilat həmçinin aylıq "Savt əl-Tələbə" () qəzetini nəşr etdirir.

İstinadlar

Xarici keçidlər

Jordan Ministry of Education Jordan Ministry of Higher Education and Scientific Research American University of Madaba (AUM) University of Jordan Guys Forum Faculty of Agriculture Faculty of Foreign Languages Faculty of Arts Center for Strategic Studies Jordan

Kateqoriya:İordaniya universitetləri Kateqoriya:1962-ci ildə yarananlar Kateqoriya:Ammanda təhsil