Qapar Aytiyeviç Aytiyev () — qırğız rəssam və heykəltəraşı. Qırğızıstan SSR Dövlət mükafatı laureatı (1966). SSRİ Rəssamlıq Akademiyasının müxbir üzvü (1973). SSRİ xalq rəssamı (1971). Sosialist Əməyi Qəhrəmanı (1982).

Həyat və yaradıcılığı Qapar Aytiyev 15 sentyabr 1912-ci ildə Qırğızıstanın Tuleyken kəndində anadan olub. 1935—1938-ci illərdə Moskva Rəssamlıq Texnikumunda təhsil almışdır. Qırğızıstanın ilk peşəkar rəssamlarından biridir. Seyrçi-poetik, bədii-epik təsviri ilə seçilən portret, mənzərə və məişət janrlarında tablolar yaratmışdır. "Qırğızıstan torpağı" (1954—1960) sisilə rəsm əsərlərinin, Toktoqul Satılqanovun heykəlinin (1974, Frunze) müəllifidir. Qırğızıstan musiqili dram teatrı tamaşalarının rəssamı olmuşdur. 1971-ci ildə SSRİ xalq rəssamı adı ilə, 1982-ci ildə isə Sosialist Əməyi Qəhrəmanı adı ilə təltif olunmuşdur. Qapar Aytiyev 16 dekabr 1984-cü ildə Bişkek şəhərində vəfat etmişdir. Mənbə AME. 2-ci cild. Bakı, 2010. səh 439. Kateqoriya:"1941–1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı ilə təltif edilənlər Kateqoriya:"Vladimir İliç Leninin anadan olmasının 100 illiyi münasibətilə" yubiley medalı ilə təltif edilənlər Kateqoriya:"1941–1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 20 illiyi" yubiley medalı ilə təltif edilənlər Kateqoriya:"1941–1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 30 illiyi" yubiley medalı ilə təltif edilənlər Kateqoriya:"SSRİ Silahlı Qüvvələrinin 50 illiyi" yubiley medalı ilə təltif edilənlər Kateqoriya:"1941–1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı ilə təltif edilənlər Kateqoriya:"SSRİ Silahlı Qüvvələrinin 60 illiyi" yubiley medalı ilə təltif edilənlər Kateqoriya:Sovet İttifaqı Kommunist Partiyasının üzvləri Kateqoriya:SSRİ pedaqoqları