Yyldyz Hotel () — Türkmənistanın Aşqabad şəhərində yerləşən lüks mehmanxanadır. Bouygues şirkəti tərəfindən 2013-cü ildə tikilmiş, 155 otaqdan ibarət oteldir. Otel 24 mərtəbəlidir və 107 metr hündürlükdə yerləşmişdir.

Layihələndirmə və tikinti Çoxmərtəbəli otelin tikitisində təxminən yeddi min ton polad və 14,000 mindən kvadratmetrdən çox şüşə istifadə edilmişdir. Binanın forması göz yaşı damcısına bənzəyir. Ümumi sahəsi 50,620 kvadratmetrdir. Onun ətrafındakı torpaqların təxminən 85,000 kvadrat metr sahəsi var. Bütün strukturu yüksək seysmik davamlılığa malikdir.

Xüsusiyyətləri Oteldə 155 nömrə, o cümlədən prezident, lüks və standart otaqlar mövcuddur.

1-ci mərtəbədə 1000 nəfərlik böyük banket zalı var.

VİP mənzillər 14-cü mərtəbədə yerləşir.

18-ci mərtəbədə 600 yerlik panoramalı restoranı yerləşmişdir.

İstinadlar

Xarici keçidlər Oficial website Yyldyz Hotel | BYME HOTEL YYLDYZ / Film Coporate

Kateqoriya:2013-cü ildə tikilmiş hotellər Kateqoriya:Aşqabad hotelləri