Zərbəli Qasım oğlu Qurbanov () — Amasiya rayon Partiya Komitəsinin birinci katibi (1981–1985), "Sovet Ermənistanı" qəzetinin redaktoru (1985–14.01.1989)

Həyatı Zərbəli Qurbanov 1932-ci ildə Basarkeçər rayonunun Nərimanlı kəndində anadan olmuşdur. Naxçıvan Pedaqoji Məktəbini, Kənd Təsərrüfatı İnstitutunu, Universiteti, Ali Partiya Məktəbini bitirmişdir.

Məktəb direktoru, kolxoz sədri, Basarkeçər rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri, Amasiya rayon Partiya Komitəsinin birinci katibi, Ermənistan KP MK-nın üzvü, Ermənistan KP MK-nın orqanı olan "Sovet Ermənistanı" qəzetinin baş redaktoru, Ali Sovetin deputatı, Ali Sovet sədrinin müavini olmuşdur.

Zərbəli Qurbanov 1981–1985-ci illərdə Amasiya rayon Partiya Komitəsinin birinci katibi, 1985-ci ildən sonra isə "Sovet Ermənistanı"nın redaktoru olmuşdur.Vilayətoğlu Salman. Oğuz elinin müqəddəs ocağı: Göyçə. Bakı, 2006, "TS", s. 410–411.

12 iyul 1994-cü ildə Azərbaycan Respublikası Qaçqınlarla və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsində kadrlar üzrə aparıcı müfəttiş vəzifəsinə təyin olunmuşdur.

1998-ci ildən ömrünün sonuna kimi Prezident aparatının işlər idarəsində çalışmışdır.

2003-cü ildə Bakı şəhərində vəfat etmişdir.

İstinadlar

Mənbə Ələkbərli Əziz. Qərbi azərbaycanlıların 1988-ci il soyqırımı. (Sənədlərin dili ilə). Bakı, "Nurlan", 2008, s.393–395.

Kateqoriya:Göyçədə doğulanlar Kateqoriya:Azərbaycan qəzet redaktorları Kateqoriya:Ermənistan Kommunist Partiyası Amasiya Rayon Komitəsinin birinci katibləri Kateqoriya:Məktəb direktorları Kateqoriya:Ermənistan SSR Ali Sovetinin sədr müavinləri Kateqoriya:Ermənistan SSR Ali Sovetinin deputatları Kateqoriya:Ermənistandan deportasiya olunmuş azərbaycanlılar Kateqoriya:Ermənistan SSR Ali Sovetinin XI çağırış deputatları