thumb|280px|right|Perseptronun məntiqi sxemi
Perseptron — 1957-ci ildə Frenk Rozenblat tərəfindən təklif edilmiş və 1960-cı ildə Mark-1 elektron maşını şəklində reallaşdırılmış beyinlə (beyinin kibernetik modeli) qavranılan informasiyanın riyazi və ya kompüter modeli. Perseptron neyron şəbəkələrin ilk modellərindən biri, Mark-1 isə dünyada ilk neyrokompüter oldu. Öz sadəliyinə baxmayaraq, perseptron öyrənməyə, kifayət qədər mürəkkəb məsələləri həll etməyə və qərar verməyə qadirdir.
Perseptron üç tip elementdən ibarətdir: sensorlardan (bunlara tanınan obrazlar və ya vəziyyətlət daxil olur. Sadə perseptronlarda onlar reseptor sahəsinə uyğundur və S-elementlər adlanır.) daxil olan siqnallar assosiativ elementlərə (А-elementləri), sonda isə reaksiya verən elementlərə (А-elementlərinin təsiri altında çıxış siqnalını formallaşdıran R-elementlər) verilir. Müasir terminologiyaya əsasən, perseptronlar süni neyron şəbəkələr kimi təsnif edilmiş ola bilərlər. bir gizli qatlı vahid sıçrayış funksiyası ilə siqnalın düz yayılmasıyla (əks əlaqəsiz) 1969-cu ildə neyron şəbəkələrin məşhurluğunun artması fonunda Marvin Minski və Seymur Peypertin perseptronların prinsipial məhdudiyyətlərini göstərən kitabı çıxıb.
Xarici keçidlər Perseptronların tarixi
Perseptron ikilik NAND funksiyasını öyrənmək üçün MATLAB'da yerinə yetirilir
Kateqoriya:Süni neyron şəbəkələr Kateqoriya:Təsnifat alqoritmləri Kateqoriya:Maşın öyrənməsi