Lloqora () — Albaniyanın cənub-qərbində yerləşən milli park. Vlyora bölgəsinidə, Vlyora şəhərindən 40 km cənubda yerləşir. Ölkənin ilk yaradılmış milli parklarından biri. Park 1966-cı ilin 21 nayabrında yaradılıb. Milli Parkın sahəsi 10,1 hektardır. Ərazinin 470 metrdən 2018 metrə qədər olan şimal hissəsini meşə örtüyü tutur.

Lloqara aşırımında meydana gələn hava axınları ərazidə bitən ağaclara qeyri-adi forma veriri. Bəzi ağaclar yer səthinə tam fərqli bir bucaq üzrə bitirlər. Məsələn "Bayraq şamı" ağacı.(). Aşırım boyu uzanan yolda çoxlu turistlər üçün istirahət və gecələmə məntəqələri var. Milli parkın ərazisi piyada turizm həvəskarlarının sevimli məkanıdır. Parkda hər il beynəlxalq paraplan yarışları keçirilir.Llogara , www.parksdinarides.org

Florası Bu region aralıq dəniz bitkilərinin müxtəlifliyi ilə seçilir. Park ərazisində alp və subalp çəmənlikləri, qara şam (), Pinus heldreichii (Pinus heldreichii), makedoniya ağ şamı (Abies borisii-regis), göyrüş (Fraxinus) kimi ağac bitkiləri geniş yayılıb. Nadir və sayı azalmış növlərdən giləmeyvəli qaraçöhrə (Taxus baccata) və buynuzcuqlu seratoniya (Ceratonia siliqua) misal göstərmək olar.National Park of Llogara , akzm.gov.al

Faunası 270px|thumb|left|Ağbaş kərkəs Ağbaş kərkəs Berqut Lan Avropa cüyürü Meşə pişiyi Qarapaça Adi sincab Adi canavar Tülkü Park ərazisində müxtəlif kəpənək növlərinə də, rast gəlinir.James William Tutt. The Entomologist's Record and Journal of Variation . 1996. tom.108.s.232

İstinadlar

Xarici keçidlər Llogara, Vlora Albania Llogora Tourist Village Albania Open Para-gliding Competition

Kateqoriya:Albaniya milli parkları Kateqoriya:1966-cı ildə yaradılmış qoruq əraziləri Kateqoriya:Albaniyanın görməli yerləri