Qasıməli, Getapi — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Artik rayonunda kənd.İbrahim Bayramov, "Qərbi Azərbaycanın türk mənşəli toponimləri" , Bakı, "Elm", 2002. ISBN 5-8066-1452-2
Tarixi Rayon mərkəzindən 5 km şərqdə yerləşir. "İrəvan əyalətinin icmal dəytəri"ndə Qasımkəndİrəvan əyalətinin icmal dəftəri (araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri: Z. Bünyatov və H. Məmmədov (Qaramanlı), Bakı, "Elm", 1996. s.134, Qafqazın 5 verstlik xəritəsində Qasıməli kəndi formasındaД. Д. Пагиревь. Алфавитный указатель кь пятиверстной картѣ Кавказскаго края, изданiя Кавказскаго Военно–Топографическaго Отдѣла. Записки Кавказскаго отдѣла Императорскаго Русскаго Географическаго общества. Книжка XXX. Тифлись: Типографія К. П. Козловскаго, 1913. s.123 qeyd edilmişdir. 1728-ci ilə aid mənbədə İrəvan əyalətinin Qarni nahiyəsində qışlaq kimi qeyd olunur
Əhalisi 1878-ci ildə Azərbaycan türklərindən ibarət əhalisi qovulmuş və Türkiyədən gəlmə ermənilər yerləşdirilmişdir.
Toponimi Toponim Qasıməli adı əsasında əmələ gəlmişdir. Antropotoponimdir. 1728-ci ilə aid arxiv mənbəyinda Qasımlı kimidir [170, 142]. Həmin mənbədə Qasımkənd adı da çəkilir və "el məşhur Avşar" adlandırılır İranda XIX əsrdə Əfşar tayfasının bir qolunun adı Qasumlu idi. Quruluşca sadə toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 1. VI.1940-cı il fərmanı ilə adı dəyişdirilib Getapi qoyulmuşdur.
İstinadlar
Kateqoriya:Şörəyel kəndləri Kateqoriya:Şirak mərzinin yaşayış məntəqələri