Vladimir Qustavoviç Tizenhauzen (; 25 fevral, 1825, Nаrvа - 2 fevral, 1902, Sankt-Peterburq)—tarixçi-şərqşünas, numizmat.

Həyatı

Vladimir Qustavoviç Tizenhauzen 25 fevral, 1825-ci ildə Nаrvа şəhərində anadan olmuşdu. Orta təhsilini Sankt-Peterburq gimnaziyasında almışdı. Sankt-Peterburq Universitetinin şərqşünaslıq fakültəsini bitirmişdi (1848). X. F. Frenin tələbəsi olmuşdu. Maddi təminatı olmadığından 12 kiçik məmur kimi çalışmışdı.1861-ci ildə İmperator Arxeoloji komissiyasında xidmətə daxil olmuşdu.

Vladimir Tizenhauzen Ukrayna ərazisində bir çox yunan şəhərlərinin və Şimali Qafqazda skif kurqanlarının qazıntısında iştirak etmişdi. 1878-ci ildə Sind-Meot şəhərciyinin qazılmasına başçılıq etmişdi.

V.Q.Tizenhauzen Ukrayna ərazisində arxeoloji qazıntı işləri həyata keçirilən zaman yunan şəhərləri və skif kurqanlarının qazılmasında birbaşa iştirak etmişdir. Onun numizmatika sahəsində olan əsərləri Şərqə həsr olunmuşdu. Bu əsərlərdən, xüsusilə «Şərq xilafətinin sikkələri» adlı kitabında Qızıl Orda xanlıqlarının pul nominalları araşdırılmışdı.

Vladimir Tizenhauzen 2 fevral, 1902-ci ildə Sankt-Peterburq şəhərində vəfat edib.

Əsas işləri

О саманидских монетах. Санкт-Петербург, 1855. Die Geschichte der Ogailiden Dynastie. Санкт-Петербург, 1859. Монеты Восточного халифата. Санкт-Петербург, 1873. Френовы рукописи и академик Дорн. Варшава, 1877. Обзор совершенных в России трудов по восточной нумизматике. Санкт-Петербург, 1876. Notice sur une collection de monnaies orientales de M. le comte S. Stroganoff. Санкт-Петербург, 1880. Сборник материалов, относящихся к истории Золотой Орды. т. I, извлечение из арабских источников, Санкт-Петербург, 1884. Сборник материалов, относящихся к истории Золотой Орды. т. II, Академия Наук СССР, 1941.

Xarici keçidlər Биографическая заметка на сайте Библиотека Гумер. Перевод из "Путешествий" Ибн Баттуты.

Kateqoriya:Tarixçilər Kateqoriya:Şərqşünaslar Kateqoriya:Sankt-Peterburqda vəfat edənlər Kateqoriya:Numizmatlar Kateqoriya:Rus dilinə tərcümə edənlər Kateqoriya:Rusiya imperiyasının tarixçiləri Kateqoriya:Rusiya imperiyası arxeoloqları Kateqoriya:İctimai sahədəki yazıçılar