Lyura Milli Parkı () — Albaniyanın şimal-şərqində, Dibra bələdiyyəsində yerləşən milli park. Lyura Milli Parkının əsası 1966-cı ildə qoyulmuşdur. Milli park hündürlüyü 2.119 metr olan,Soviet military map К-34-77-В (1:50.000) Lyura dağlarının ən hündür zirvəsi olan Kunora e Lyures dağının şərqindəki 1.280 hektar ərazini əhatə edir.

2014-cü ildə Albaniya hökuməti milli parkda yenidənqurma işləri aparmışdır: ağaclandırma, yol işləri, yeni nişanların qoyulması. Kommunizmin düşüşündən sonra milli park leqal olmayan girişlər və meşə yanğınları səbəbilə böyük zərər görmüşdür. Parkda otellər və bir neçə mehmanxana fəaliyyət göstərir.

Coğrafiya Lyura Milli Parkı Lyu dağlarının şərq yamacında yerləşir. Milli park Peşkopiya şəhərinin 25 kilometr şərqindədir, yaxınlığında Fuşa-Lyra və Sina e Eperm kəndləri yerləşir. Milli parkda nadir növlər yaşayır. Buzlaq mənşəli göllərin əmələ gətirdiyi kompleks Albaniya təbiətinin incilərindədir və milli parkın turizm baxımından ən görməli yeri hesab olunur. Buradakı 12 buzlaq mənşəli göl Vürm buzlaşma dövründə yaranmış və göllərin ümumi sahəsi 100 hektardır. Onlar Albaniyanın şimal-şərqində, Dibra qraflığında, 1.200-1.500 metr hündürlükdə yerləşir. Yayda Güllər gölündə çiçək açmış zanbaqlar heyranedici mənzərə yaradır. Milli parkın sularında adi triton və daraqlı triton yaşayır. Qışda göllərin səthi buz bağlayır. + Göllər Gölün adı () Gölün adı () Sahəsi (hektar) Böyük göl Liqeni i Madh 32 Şamlar gölü — 13 Qara göl Liqeni i Zi 8 Güllər gölü Liqeni i Lulev 4 Qarğa gölü Liqeni i Lopeve —

Flora və fauna thumb|left|Böyük göl Milli parkda ən geniş yayılmış ağac növü fıstıq ağacıdır. Milli parkda fıstıq ağacları 900 və 1.000 metrdən 1.900 və 2.000 metrə qədər yüksəkliklərdə yayılmışdır. 1.600—1.700 metr hündürlükdə qara şam ağacı, qayalıq yamaclarda (1.700 —2.000 metr hündürlükdə) isə qırmızı şam ağacı geniş yayılıb. Meşələrdə nadir növlər yaşayır: Avroasiya qonur ayısı, adi vaşaq, Avroasiya canavarı, Avropa ağac dələsi, Avropa cüyürü, Qərb tetrası.

Milli parkın cənub hissəsində müxtəlif rəngli çəmənliklərdən ibarət çəmənliklər və Madyan sahəsi adı iynəyarpaqlı ağaclar var. Milli park ekoturizm, qış idman növləri, atçılıq və digər fəaliyyət imkanlarına malikdir.

İstinadlar

Xarici keçidlər Lyura Milli Turizm Məlumatı Alpjon Albania 7 Göl Doxsanıncı illərdəki vəziyyəti (Video)

Kateqoriya:Albaniya milli parkları Kateqoriya:1966-cı ildə yaradılmış qoruq əraziləri Kateqoriya:Albaniya dağları Kateqoriya:Albaniyanın görməli yerləri