Salavat mağarasıBaşqırdıstan ensiklopediyası () — təbiət abidəsi, Başqırdıstanın İşimbayski rayonu ərazisində yerləşir.

Mağara Kalim-uskan qayasında yerləşir. 1985-ci ildən mağara, qaya ilə birlikdə qorunan təbiət abidəsi elan edilmişdir. Hazırda turizm obyekti kimi istifadə edilir.

Yerləşməsi Mağara Makarovski kəndindən yeddi kilometr aralıda, Kulqukinoya gedən yolun üzərində qərarlaşır. Rəsmi yerləşim yeri olaraq isə Makarovski meşə savxozu, Şixanov meşə sahəsi, 46 (19, 27, 28 görünüş) və 47 (26, 36, 37 görünüş) məhəllə

Qorunma obyekti Əsrarəngiz qaya və mağara. Ətraf ərazilərin meşə ilə örtülü olması və nadir bitkilər. Digər ərazilərdə müşahidə edilməyən mənzərə.

Təsvir thumb|left|250px|Mağaradan çaya açılan mənzərə Kalim-uskan qayası Sikaya çayı ilə əhatələnmişdir. Salavat mağarasının girişi çay səthindən altı metr yüksəklikdə yerləşir. Mağaranın adı Salavat Yulaev haqqında filmindən götürülmüşdür. Filmdə Başqırdıstan ərazisində yerləşən fərqli iki mağara göstərilir. Bu ad xalq arasında olan deyimdən əmələ gəlmişdir.

Mağara üçküncdür. Aşağısı orta və yuxarı hissələrindən genişdir. Burada hündürlük 7-10 metrdir. Soldan döşəmə qalxır və kiçik zala keçir. Buradan isə ikinci mərtəbəyə keçid vardır. Girişdə diametri 1 metr olan dəlik vardır. Buradan isə mağaranın yuxarısına keçilir. Sonra isə diametri 60-70 sm olan keçid görünür.

Mağaranın girişi: eni 2,2 metr, hündürlüyü 1,5 metrdir. Burada içəri 6 metrlikdir. Sonradan giriş dəlizə keçir. Eni 6 metr hündürlüyü isə 3 metr olan və döşəməsi daşdan olan dəhliz horizontal olaran əyilir. Mağaranın ümumi uzunluğu 54 metr, sahəsi 125 m², həmi 311 m³ təşkil edir. Mağara okean səviyyəsindən 350 metr, yerdən isə 11 metr yüksəkliyə malikdir. Mağaranın daxili hissəsində 30 m² buzlaq vardır. Buzlaq hətta yayın sonnlarına qədər ərimir.

İstinadlar

Mənbə Başqırdıstan Respublikasının qorunan əraziləri Управление Федеральной службы по надзору в сфере природопользования (Росприроднадзора) по Республике Башкортостан

Kateqoriya:Başqırdıstan mağaraları Kateqoriya:Başqırdıstanın təbiət abidələri Kateqoriya:1985-ci ildə yaradılmış qoruq əraziləri Kateqoriya:Əhəng daşı mağaraları Kateqoriya:İşimbay rayonu