Xosrov — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Vedi (Ararat) rayonunda kənd.PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 696 səh. ISBN 5-8066-1452-2
Tarixi Kusqayasu çayının yanında yerləşirdi. "İrəvan əyalətinin icmal dəftəri"ndəİrəvan əyalətinin icmal dəftəri (araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri: Z. Bünyatov və H. Məmmədov (Qaramanlı), Bakı, "Elm", 1996. s.104 qeyd edilmişdir.
Toponim Xosrov şəxs adı əsasında yaranmışdır. Antropotoponimdir. Quruluşca sadə toponimdir.
Əhalisi Kənddə 1873-cü ildə 155 nəfər, 1886-cı ildə 182 nəfər, 1897-ci ildə 269 nəfər, 1904-cü ildə 199 nəfər, 1914-cü ildə 388 nəfər, 1916-cı ildə 315 nəfər azərbaycanlı yaşamışdırerm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831–1931) . Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831–1931) . Автор: Завен Коркотян. Ереван: Издательство "Мелконян фонд", 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: "Melkonyan fond" nəşriyyatı, 1932. s.86–87, 154–155.
1918-ci ildə kəndin sakinləri qovulmuşdur. İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra kəndin sağ qalan sakinləri öz kəndlərinə dönə bilmişdir. 1922-ci ildə 24 nəfər, 1926-cı ildə 34 nəfər, 1931-ci ildə 31 nəfər azərbaycanlı yaşamışdır.
Kənd 1930-cu illərin ortalarında ləğv edilmişdir. İndi xaraba kənddir.
Təbiəti Xosrov meşəsi — İrəvan quberniyasının İrəvan qəzasında, indi Vedi (Ararat) rayonunda meşə sahəsi. Bu meşəni II Xosrov ov üçün saldırmışdır99, s.462. Rayonda 1930-cu illərə qədər fəaliyyət göstərmiş Xosrov kəndinin ərazisində yerləşir və meşənin adı eyni adlı kəndin adi əsasında yaranmışdır. İndi dövlət statuslu qoruqdur.
İstinadlar
Kateqoriya:Vedibasar kəndləri Kateqoriya:Ermənistanın ləğv olunmuş kəndləri Kateqoriya:Ararat mərzinin yaşayış məntəqələri