I Sultan Əhməd xan (qazaxca Alaca xan, Oyratca Olaca xan "Qatil xan"; ) — Şərqi və Mərkəzi Moğolustanın hakimi, Yunus xanın oğlu.

Həyatı

Sultan Əhməd xan Yunus xan oğlu 1465-ci ildə anadan olmuşdu. 1485-ci ildə Moğolustan çöllərinə gedərək 10 il Kalmak-oyratlarla, özbək-qazaxlarla döyüşə-döyüşə Şərqi və Mərkəzi Moğolustanı və Turfan dairəsini özünə tabe etdi.

I Sultan Əhməd xan 1502-1503-cü illərdə qardaşı I Sultan Mahmud xanla bərabər Məhəmməd Şeybani xana qarşı döyüşə yollandı. Öz yurdunu böyük oğlu Mənsur xana verdi. Son döyüşdə Çuçi nəslindən olan Özbək xanına əsir düşdü, lakin tezliklə azad edildi.

I Sultan Əhməd xan 1504-cü ildə iflicdən vəfat etdi.

Ailəsi

Qızları:Məhim xanım — ikinci qızı, Adık sultan Qazaxın oğlu Buydaş sultanın arvadı.

Sultan Məhəmməd Baburun dayısıdır.

Ədəbiyyat

Акимушкин О. Ф. Средневековый Иран: Культура, история, филология. — СПб.: Санкт-Петербург "Наука", 2004. — С. 257-264. — 403 с. — (Восток: Общество, культура, религия). — 1200 экз. — ISBN 5-02-027059-8. Султанов Т. И. Чингиз-хан и Чингизиды. Судьба и власть. — М.: АС:АСТ МОСКВА, 2006. — 445 с. — (Историческая библиотека). — 5000 экз. — ISBN 5-17-0358040.

Həmçinin bax

Moğolustan Mavəraünnəhr

Kateqoriya:Hökmdarlar Kateqoriya:Xanlar Kateqoriya:Çingizlilər Kateqoriya:Tuğluqteymurlular Kateqoriya:XV əsr Asiya hökmdarları Kateqoriya:XVI əsr Asiya hökmdarları