Tbilisi-Ağdam marşrut avtobusunun partladılması — 10 avqust 1990-cı il tarixdə "Tbilisi-Ağdam" marşrutu ilə hərəkət edən sərnişin avtobusunun partladılması.

Partlayıcı qurğu Azərbaycanın ikinci böyük şəhəri olan Gəncədən 12,5 km aralıda avtobusda partladılmışdır.

İtkilər 60 sərnişini olan avtobus Gürcüstanın paytaxtı Tbilisidən Azərbaycanın Ağdam şəhərinə doğru hərəkət edirdi. Hadisə nəticəsində ölənlərin sayı müxtəlif mənbələrə görə 15-dən 20-yə qədər dəyişir. Müxtəlif dərəcədə yaralananların sayı isə 16-dan 30-a qədərdir.

Cinayətkarlar Partlayışın iddia olunan icraçıları iki etnik erməni olub. Azərbaycan, onların, mövcud olub-olmaması bilinməyən Vrezh adlı militant təşkilatın üzvləri olduğunu iddia etmişdir. Bu təşkilatın ilk fəaliyyəti 16 sentyabr 1989-cu ildə Tbilisi-Bakı avtobusunun partladılması olmuş və nəticədə 5 mülki şəxs həlak olmuş, 27 nəfər yaralanmışdır.

Həmin iki şəxs Armen Mixayloviç Avanesyan və Mixayl Mixayloviç Tatevosov (Tatevosyan) idi. Azərbaycan təhlükəsizlik qüvvələri onların 17 iyun 1991-ci ildə Ağdam–Tbilisi marşrutu üzrə planlaşdırılan növbəti hücumunu həyata keçirmədən əvvəl həbs edildiklərini iddia etmişdir.

Azərbaycan Ali Məhkəməsi 1992-ci ilin mayında onları ittiham edərək, Avanesyanı ölüm cəzasına, Tatevosovu isə 15 il həbs cəzasına məhkum etdi. Tatevosov daha sonra 1992-ci ilin may ayında Azərbaycanın Tərtər rayonunda əsir götürülmüş bir azərbaycanlı ilə dəyişdirildi.

Həmçinin Bax Bakı metrosunda partlayışlar (1994) Qarakənd faciəsi

İstinadlar

Xarici keçidlər

Kateqoriya:10 avqustdakı hadisələr Kateqoriya:1990-cı ildəki münaqişələr Kateqoriya:1990-cı ildə Azərbaycan Kateqoriya:Erməni terrorizmi Kateqoriya:Erməni millətçilərinin terror aktları Kateqoriya:Azərbaycanda terror hadisələri Kateqoriya:Azərbaycanda nəqliyyat hadisələri Kateqoriya:Qarabağ münaqişəsi