Qurumsulu, Barekamavan — Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indi Barana (Noemberyan) rayonunda kənd.PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 2002, 696 səh. ISBN 5-8066-1452-2 Erməni silahlı bölmələri bu kənddə yerləşən mövqelərindən daimi olaraq Qazax rayonunun həmin istiqamətdə yerləşən Azərbaycan mövqelərini atəşə tuturlar.
Tarixi Rayon mərkəzindən 9 km şərqdə yerləşir. Kənd Azərbaycanın Qazax rayonundakı Qaymaqlı kəndi ilə həmsərhəddir. 1935-ci ildə kənd Dostluq, 1978-ci ildə ermənicə "dostluq, yaxınlıq" mənasına gələn Barekamavan adıyla adlandırılmışdır.
Toponim Toponim türk dilində "yamacda və yaylanın yastı zirvəsində daş qırıqları, qaya parçası" mənasında işlənən qurum sözü iləМурзаев Э.М. Словарь народных географических терминов, М., "Мысль", 1984. s.320 -lu şəkilçisi qəbul etmiş su sözünün birləşməsindən əmələ gəlmişdir. Qurum sözü qədim türk dilində "qaya parçası" mənasında işlənən qorum (qorum) formasında işlənmişdirДревнетюркский словарь, Л., "Наука", 1969. s.46. Kəndin adı ilə relyefi uyğun gəlir. Belə ki, kənd daşlı, çınqıllı, dağlı ərazidə yerləşir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir.
Əhalisi XX əsrin əvvəllərində Qazax qəzasının Qurumsu kəndindən (133, 151) gəlmiş ailələrin məskunlaşması nəticəsində yaranmışdır.
İstinadlar
Kateqoriya:Loru kəndləri Kateqoriya:Tavuş mərzinin yaşayış məntəqələri