Konstantin Yakovleviç Belyavski (;d. 1802 — ö. 30.10.1857, Sankt-Peterburq, Rusiya imperiyası) — Rus generalı. Qafqaz və Krım müharibələrinin iştirakçısı

Həyatı Konstantin Belyavski, 1802-ci ildə Vilenski quberniyasında zadəgan ailəsində anadan olmuşdur. 1817-ci ilin yanvarın 8-də kiçik gizir rütbəsi ilə Pavlov alayında xidmətə başladı. 1821-ci ilin iyulun 13-də poruşik rütbəsi ilə Volın alayına köçürüldü və 1827-ci ildə kapitan rütbəsi ilə təltif edildi.

1831-ci ildə Polşa qiyamının yatırılmasında iştirak edən Semyonov alayında fərqləndiyinə görə polkovnik rütbəsi ilə təltif edildi. 1832-ci ildə Volın alayına geri qaytarılır. 1837-ci ildə Sibir yeger alayının komandiri təyin edilir. 1840-cı ildə həmin alayda general-mayor rütbəsi ilə təltif edilir. 1840-cı ildə 15-ci diviziyanın 1-ci briqadasının komandiri, bir il sonra isə 2-ci briqadanın komandiri təyin edilir.

1844-cü ildə Çeçenistan və Dağıstana edilən yürüşlərdə iştirak etdi. 1845-ci ildə Qafqaz Əlahiddə Korpusunun baş komandanı təyin edilir və Çeçenistana ikinci yürüş edilir. 1847-ci ildə yeni təsis edilimiş Kutaisi quberniyasının general-qubernatoru təyin edilir. 1849-cu ildə general-leytenant rütbəsi ilə təltif edilir və bir il sonra 2-ci piyada diviziyasının komandiri təyin edilir. 1853-cü ildə Osmanlı imperiyası ilə müharibədə iştirak edən 18-ci piyada diviziyasının komandiri təyin edilir. 1854-cü ildə xəstəliklə əlaqədar təqdim etdiyi ərizə ilə ordu sıralarından çıxardılır.

1857-ci ilin 30 oktyabr tarixində Sankt-Peterburq şəhərində vəfat edir.

Rütbələri 1817-ci il 8 yanvar — kiçik gizir 1817-ci il 17 aprel — gizir 1818-ci il 11 yanvar — baş gizir 1819-cu il 28 yanvar — podporuşik 1821-ci il 13 iyul — poruşik 1824-cü il 19 dekabr — ştab-kapitan 1827-ci il 1 avqust — kapitan 1831-ci il 6 oktyabr — polkovnik 1840-cı il 14 aprel — general-mayor 1849-cu il 3 aprel — general-leytenant

Mükafatları 4-cü dərəcədən Müqəddən Vladimir ordeni (09.08.1831)Кавказцы или Подвиги и жизнь замечательных лиц, действовавших на Кавказе. СПб. 1857г. 4-cü dərəcədən hərbi xidmətinə görə orden (20.12.1832) 3-cü dərəcədən Müqəddəs Stanislav ordeni (06.12.1836) 2-ci dərəcədən Müqəddəs Anna ordeni (12.09.1837) 25 il hərbi xidmətinə görə 4-cü dərəcədən Müqəddəs Georgi ordeni (11.12.1841) 1-ci dərəcədən Müqəddəs Stanislav ordeni (20.10.1843) 3-cü dərəcədən Müqəddəs Georgi ordeni (06.08.1845) 1-ci dərəcədən Müqəddəs Anna ordeni (24.11.1847)

Həmçinin bax Kutaisi quberniyası

İstinadlar

Kateqoriya:Rusiya generalları Kateqoriya:Rusiya hərbçiləri