Henriett adası — De-Lonq adaları qrupuna daxil olan, Şərqi Sibir dənizində yerləşən ada. Adanın sahəsi 12 km², hündürlüyü isə 315 metrdir. İnzibati cəhətdən Yakutiya ərazisinə daxildir. Şərqi Sibir dənizi şimal qutaracağında yerləşir.

Geologiya Henriett adası De-Lonq adalarına daxil digər adalar kimi Verxoyan-Çukot qayalıq zonasında yerləşir. Paleozoy və Mezazoy dövrünə aid bazalt suxurlardan ibarətdir.

İqlimi De-Lonq adaları qrupuna daxil adalar arasında ancaq Henriett adasının iqlimi öyrənilmişdir. Qımda küləklər cənubdan, yayda isə şimaldan əsir. Ən isti ayın orta temperaturu (iyul) +0,3°, soyuq ayın temoeraturu isə (mart) −26,5° təşkil edir.

Buzlaqlar Buzlaqlar əsasən adanın cənub-şərqində 6 km² sahəyə malikdir. Buzlaqların 40–50 metrdir. Buzlağın ən qalın yerdə 140 metr təşkil edir.

Tarixi Ada ilk dəfə qütb araşdırmaçısı Corc De Lonq tərəfindən 1881-ci ilin mayında kəşf edilmişdir. 1937 ildə R. L. Samiyloviçin rəhbərliyi ilə adada Qütb stansiyası inşa edilmişdir. Stansiya 1963-cü ilə qədər mövcud olmuşdur. Hazırda isə adada yaşayış yoxdur.

Mənbə Henriett adası V. S. Koryakin "Arktika Buzlaqları"

Kateqoriya:De-Lonq adaları Kateqoriya:Şərqi Sibir dənizi adaları Kateqoriya:Yeni Sibir adaları arxipelaqının adaları Kateqoriya:Yakutiyanın yaşayış olmayan adaları