Gülcamal Qadınəfəndi (Osmanlı türkcəsi: سمايلي جنتلمان) () — 31-ci Osmanlı sultanı Əbdülməcidin xanımlarından biri və 35-ci Osmanlı sultanı V Mehmed Rəşadın anası.
Həyatı Gülcamal Qadınəfəndi 1826-cı ildə Bosniya əyalətində dünyaya gəlmişdir. Əsl adı bilinmir. Kiçik yaşlarında bacısı Bimisal xanımla birlikdə Osmanlı sarayına alınmış, 1840-cı ildə isə Topqapı sarayında Sultan Əbdülməcidlə evlənmişdir. Bu nikahdan 5 övladı olsa da, bunlardan ikisi ölü doğulmuşdur. Gənc yaşında vəfat etdiyi üçün həyatda qalan üç övladı Sultan Əbdülməcidin digər xanımı Sərvətsəza xanımın himayəsində böyümüşdür. Belə ki, Gülcamal xanım 1851-ci ildə uzun müddətdir əziyyət çəkdiyi vərəm xəstəliyindən vəfat etdi. Cənazəsi Yeni məsciddə Validə Turhan Sultan türbəsinə dəfn olunmuşdur.
Yeganə oğlu Mehmed Rəşad Əfəndi isə onun ölümündən 58 il sonra taxta çıxmışdır. Qardaşı oğlu olan Sabit bəy Sultan Rəşadın yavərlərindən idi.Açba, Harun. Kadın efendiler: 1839–1924 . — Profil, 2007. — С. 212. — 221 p. — ISBN 978-9-759-96109-1
Övladları Fatma Sultan (d. 1 noyabr 1840 — ö. 29 avqust 1884) Rəfiyə Sultan (d. 7 fevral 1842 — ö. 4 yanvar 1880) Xədicə Sultan (d. 1842) — Ölü doğulub. Mehmed Rəşad Əfəndi (d. 2 noyabr 1844 — ö. 3 iyul 1918) Ruqiyə Sultan (d. 1850) — Ölü doğulub.
Mənbə https://books.google.com.pk/books?id=4ddqaCdZdZ0C http://www.kultur.gov.tr/EN/BelgeGoster.aspx?17A16AE30572D313A79D6F5E6C1B43FF181C1E909B6AD5ED Açba, Harun (2007). "Bölüm 2: Sultan I. Abdülhamid Han Ailesi". Kadınefendiler: Son Dönem Osmanlı Padişah Eşleri (in Turkish)
İstinadlar
Kateqoriya:Osmanlı sultanlarının xanımları Kateqoriya:Osmanlı sultanlarının anaları