Şeyx Məsiha Mirzə Həsən oğlu Urməvi () — İslam alimi, müctəhid.

Həyatı Şeyx Məsiha Mirzə Həsən oğlu Urmiya şəhərində anadan olmuşdu. İbtidai təhsilini atasından, orta təhsilini doğma şəhərində mədrəsədə almışdı. Sonra Nəcəf şəhərinə yollanmış, molla və müctəhid yanında təhsilini davam etdirmişdi.Ənvər Çingizoğlu, Məşrutə ensiklopediyası, Bakı, 2011. 624 səh.

M. Rəsulzadə yazırdı: "İndiki əncümənin sədri Urmiyədə məşhur müctəhid Ağa Şeyx Məsiha ağadırlar. Müxbiriniz ağanın ziyarətinə nail olduqda haman əncümənin halından xəbər aldım. Dedilər ki, hal-hazırda əncümən səy ediyor ki, tazədən darüşşurayi-millinin məhəlli əncümənlər barəsində qərar verdiyi qəvaninə müvafiq əncüməni tazədən seçsin".M. Rəsulzadə, İran məktubları, "Tərəqqi", № 131, 15 iyun 1909

İstinadlar

Kateqoriya:İslam alimləri Kateqoriya:İran Məşrutə inqilabı Kateqoriya:Əfşar boyu Kateqoriya:Mədrəsə məzunları