Berinq adası — Komandor adalarının tərkibinə daxil olan ən iri ada. Kamçatka yarımadasından Kamçatka boğazı ilə ayrılır. Boğaz Sakit okeanı ilə Berinq dənizini birləşdirilir. İnzibati cəhətdən Rusiyanın Kamçatka diyarının Aleut rayonu ərazisinə daxildir. Adada Vitus Berinqin qəbri yerləşirВаксель, Савелий Лаврентьевич Вторая Камчатская экспедиция Витуса Беринга. Л.; М., 1940..

Xüsusiyyətləri Berinq adası bir necə on kilometrlərlə aralıda yerləşən Mednı adasından Admiral Kuzneçov boğazı ilə ayrılır. Adanın uzunluğu 90 km, eni 24 km təşkil edir.

Komandor adalarına daxil olan digər adalar kimi Berinq adasıda sualtı silsilələrlə Alyaska yarımadasına qədər uzanır.

Əhalisi Adada yegahə yaşayım məntəqəsi Nikolskoye kəndidir. 2005-ci il məlumatına görə adada 752 nəfər yaşayır. 2002-ci il siyahıya alınmasına görə 808 nəfər sakindən 300-ü Aleutlardır.

Fauna Agrotis frosya — adanın əsas endemik canlısıdır. Bu kəpənək növü 2014 ildə aşkarlanmışdır.

Mənbə Komandor adaları (Aleut rayonu) Komandor adalarının şəkilləri Официальный сайт Администрации Алеутского муниципального района Общественная газета Алеутского района "Алеутская звезда"

Ədəbiyyat Pekarsky, O. (2014). "Contribution to the knowledge of Noctuidae fauna of Bering island." Fibigeriana supplement: 2. 177–200 pp. color plates 299–304 pp.

İstinadlar

Kateqoriya:Berinq dənizi adaları Kateqoriya:Kamçatka diyarı adaları Kateqoriya:Şəxslərin şərəfinə adlandırılmış adalar