Amamioşima (), Oşima (; ok. ウーシマ, Uushima; am. ウシマ, Ushima), bəzən Amami adası () — Amami arxipelaqına daxil olan, Şərqi Çin dənizində yerləşən ada. Ada Yaponiyaya məxsus olur.

Coğrafiyası

Ada inzibati cəhətdən Kaqoşima prefekturasıTeikoku's Complete Atlas of Japan, Teikoku-Shoin Co., Ltd., Tokyo, ISBN 4-8071-0004-1 ərazisinə daxildir. Adanın sahəsi 712,35 km² təşkil edir. Adada Amami şəhəri yerləşir. Şəhər mart 2006 ildə Nadze şəhəri, Tasuqo qəsəbəsi, Yamato kəndi, Uken və Setouti qəsəbəsinin yarı ərazisi birləşdirilməsi nəticəsində əmələ gəlmişdir.

Tarix

Ada haqqında ilk məlumatlar 657-ci ildə yapon mənbələrində verilmişdir. Qədimlərdə ada Çin imperiyasına (Tan (618—907)) gedən yolun üzərində dayanacaq rolu oynayırdı. Bundan sonra ada uzun zaman unudulur. Sonradan adanı ryukyudan olan feodallar yenidən aşkarlayırlar. XV əsrdə ada Ryukyu krallığının tərkibinə keçir. 1609-ci ildə adalar və dövlət birlikdə Saşuma knyazlığına tabe etdirilir. 1611-ci ildə yaponlar Amami adasını ələ keçirilir. 2001-ci ilin 22 dekabr tarixində Şimali Koreya hərbi gəmisi ilə yapon gözətçi kateri arasında toqquşma baş vermişdir. Nəticədə Şimali Koreyaya məxsus olan gəmi heyəti ilə (minimum 15 nəfər) birlikdə dənizin dibinə gömülmüşdür"Suspected NK Spy Ship Sunk in East China Sea ". The Chosun Ilbo, 23 декабря 2001.

İqtisadiyyat

Bütün Amami adalarında olduğu kimi adada da iqtisadiyyatın əsasları kənd təsərrüfatı və turizm üzərində qurulmuşdur. Burada batat, düyü və şəkər qamışı yetişdirilir. Mülayim iqlimi il ərzində iki dəfə düyü yığımına imkan verir. Adada az miqdarda olsa da belə əl üsülü ilə yüksək keyfiyyətli ipək hasilatı həyata keçirilir.

Adada Amami hava limanı yerləşir.

İstinadlar

Mənbə Visitors Guide

Kateqoriya:Amami adaları Kateqoriya:Kaqoşima prefekturasının adaları