Teyyub Şüeyb oğlu Aslanov () — azərbaycanlı xanəndə, Azərbaycanın xalq artisti (2018), "Qədim Musiqi alətləri" Dövlət ansamblının solisti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Muğam Sənəti Kafedrasının rəhbəri , dosent

Həyat və yaradıcılığı Teyyub Şüeyb oğlu Aslanov 6 fevral 1967-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1974–1984-cü illər aralığında 96 nömrəli orta məktəbdə təhsil almışdır.

1984–1989-cu illər aralığında Azərbaycan Dövlət Neft-Kimya İnstitutunun Neft-Mədən fakültəsində təhsil almışdır.

1985–1987-ci illər aralığında ordu sıralarında qulluq etmişdir.

Təhsilini 1989–1994-cü illər aralığında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Musiqili teatr aktyorluğu ixtisası üzrə davam etdirmişdir.

1995-ci ildən Azərbaycan Muğam üçlüyü və başqa ansambllar ilə bərabər bir çox xarici ölkələrdə (ABŞ, Böyük Britaniya, Almaniya, Fransa, Türkiyə, Avstriya, Niderland, Yunanıstan, Polşa, Rumıniya, Ukrayna, Belarus, Moldova, Tacikistan, İran və s.) konsert və festivallarda iştirak etmişdir. O cümlədən: 1996-cı ildə Türkiyənin Bayburt şəhərində "Dədə Qorqud" festivalında; 2000-ci ildə Avstriyanın paytaxtı Vyana şəhərində "Qarabağ uşaqlarının göz yaşları"adlı tədbirdə; 2001-ci ildə Orta əsrlər "Romana" kilsələri mədəniyyəti festivalında; 2004-cü ildə Polşanın Çexoçinek şəhərində "III Çexoçinek rəssamların nümayişi" festivalında; 2004-cü ildə İngiltərənin paytaxtı London şəhərində Azərbaycan Diasporunun təşkil etdiyi 28 May Respublika gününə hesr edilmiş bayram konsertində; 2005-ci ildə Tacikistanın paytaxtı Düşənbə şəhərində "Qəlblərin səsi" adlı festivalda; 2005-ci ildə UNESCO-da akademik Y. Məmmədəliyevin 100 illik yubileyinə həsr olunan dövlət tədbirində; 2006-cı ildə UNESCO-da Azərbaycan Respublikasının müstəqilliyinin 15 illik yubileyinə həsr olunmuş dövlət tədbirində; 2007-ci ildə Rumuniyanın paytaxtı Buxarets şəhərinin mərkəzində ulu öndər Heydər Əliyev adına parkın və heykəlinin açılış konsertində; 2010 və 2012-ci illərdə Macarıstanda Türkdilli xalqların iştirakı ilə "Hun-Türk" festivalı; 2011-ci ildə Azərbaycan Respublikasının müstəqilliyinin 20-ci ildönümü münasıbəti ilə ABŞ-in Texas və Kaliforniya ştatlarında (Hyuston, LosAngeles, San-Fransisco) və paytaxt Vaşinqtonda silsilə konsertlərdə; 2014-cü ildə Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibətilə, Azərbaycanın İsveçrədəki səfirliyinin dəvətilə, İsveçrədə keçirilmiş tədbirdə; 2014-cü il UNESCO tərəfindən Məhsəti Gəncəvi ili elan edilmişdir. Həmin il Fransanin paytaxtı Paris şəhərində və Avstriyanın paytaxti Vyana şəhərində Məhzəti Gəncəvinin 900 illiyi münasibətilə keçirilən tədbirlərdə; 2015-ci ildə Cənubi Koreyada keçirilən "Böyük İpək yolu" festivalında iştirak edib. 2016-cı ildə “Aman təklik əlindən” adlı albomu işıq üzü görüb 2017-ci ildə Fransa-Parisdə UNESCO -nun baş qərərgahında İmadəddin Nəsiminin vəfatının 600 illiyi münasibətilə keçirilən dövlət tədbirində iştirak edib; 2021-ci il mayın 12-13-də Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Azərbaycanın mədəniyyət paytaxtı Şuşada “Xarıbülbül” musiqi festivalında çıxış edib. 2025-ci il 09 iyun tarixində M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində “Dostlarımla birgə...” adlı solo konserti keçirilib https://news.milli.az/culture/1282167.html 2001-ci ildən Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi nəzdində fəaliyyət göstərən "Qədim Musiqi alətləri" dövlət ansamblında solistdir.

Elmi yaradıcılığı 1999-cu ildən 2012-ci ilədək 37 saylı Uşaq Musiqi Məktəbində xanəndə sinfində (muğam, xalq və bəstəkar mahnıları) dərs demişdir.

2009-cu ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində müəllim işləyir. 2014–2017-ci illərdə orada baş müəllim kimi, 2017-ci ildən dosent kimi fəaliyyət göstərir. 2018-ci il sentyabr ayından "Muğam sənəti" kafedrasının müdiridir.

2015-ci ildə ""Bayatı-Şiraz" muğamının ifaçılıq təfsiri" adlı metodik tövsiyə kitabı dərc edilib.https://ekitabxana.az/cgi-bin/koha/opac-detail.pl?biblionumber=762910

19 mart 2026-cı ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası (AAK) tərəfindən Dosent elmi adı verilmişdir.

Mükafatları 2007-ci ilin sentyabr ayında Azərbaycan Respublikasının əməkdar artisti fəxri adına layiq görülmüşdür. 27 may 2018-ci ildə Azərbaycanın xalq artisti fəxri adına layiq görülmüşdür.

Filmoqrafiya

Girov – "Azərbaycanfilm"in istehsalı olan dram janrında çəkilmiş filmdə muğamları ifa edib.

İstinadlar

Mənbə https://anl.az/down/meqale/525/2017/noyabr/561743.htm https://az.baku-art.com/az/teyyub-aslanov-55-adli-videocharx-teqdim-edilib https://azerbaycan.media/?p=55326 https://admiu.edu.az/admiu-nun-novbəti-elmi-sura-iclasi-kecirilib/

Kateqoriya:Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin məzunları Kateqoriya:Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunları Kateqoriya:Azərbaycan xanəndələri