Əbdülmömin xan (1568-1598) — Buxara xanlığının Şeybanilər sülaləsindən olan 11-ci xanıdır.O, II Abdulla xan Şeybaninin yeganə oğludur. Atasının sağlığında xanlığın sərkərdələrindən biri idi. Dəfələrlə Səfəvilər dövləti ərazisinə yürüş etmişdi. İsgəndər bəy Münşinin verdiyi məlumata görə, Əbdülmömin xanın rəhbərliyi altında özbəklər Heratı aldıqdan sonra Əliqulu xanı və Şamlı eli əsgərlərini öldürüb şəhəri talan edərək qadınları və uşaqları əsir apardılarİsgəndər bəy Münşi. Dünyanı bəzəyən Abbasın tarixi. Fars dilindən çevirəni t.e.d. Ş.Fərzəliyev. Bakı, 2010.,səh.733. Oruc bəy Bayat Heratın müdafiəsi zamanı 6 min Səfəvi əsgərinin canlarını sevə-sevə fəda etdiyini yazırКнига Орудж-бека Байата Дон-Жуана Персидского. Пер. с английского, введение и комментарии д.и.н. Оутая Эфендиева, к.и.н. Акифа Фарзалиева. Баку, 1988, c.133;Aydoğmuşoğlu C. I Şah Abbas ve zamanı. Yayınlanmamış doktora tezi. Ankara, 2011, səh. 164... İsgəndər bəy Münşi yazır ki, "özbəklər Şamlı tayfasının qız-qadınını əsir götürüb Mavərənnəhrə göndərdilər. Onlar xəzinələri ələ keçirməkdən ötrü əzəmətli Şamlı xatunlarına işgəncə verib, bu işdən bir dəqiqə də olsun əl çəkmədilər. Xeyli işgəncədən və çoxlu mal əldə etdikdən sonra onları lüt-üryan etdilər. Bu bəladan çox az adam nicat tapa bildi"İsgəndər bəy Münşi. Dünyanı bəzəyən Abbasın tarixi. Fars dilindən çevirəni t.e.d. Ş.Fərzəliyev. Bakı, 2010,səh.733. Şərəf xan Bidlisi Heratda özbəklərin həyata keçirdiyi qətliamla bağlı yazırdı: "Özbəklər türklərdən, taciklərdən, kölələrdən, xaricilərdən, yerlilərdən, gənclərdən və yaşlılardan heç kimi sağ buraxmadılar"Шараф хан Бидлиси. Щарафнаме. т. 2. Пер., предисл., примеч., прил. Е.И. Василевой, M., 1976, c.289.. Bu qətliamdan dörd gün sonra şəhərə daxil olan Özbək hökmdarı Abdulla xan əsgərlərin qətliam və talandan əl çəkməsini tələb edərək şəhər əhalisindən və qızılbaşlardan heç kimə zərər verilməməsini əmr etmiş, Heratın idarəsini Mir Qulbaba Kukəltaşa tapşıraraq Məşhədə doğru hərəkət etdiİsgəndər bəy Münşi. Dünyanı bəzəyən Abbasın tarixi. Fars dilindən çevirəni t.e.d. Ş.Fərzəliyev. Bakı, 2010, səh.734.
C.Aydoğmuşoğlu İsgəndər bəy Münşinin verdiyi məlumata əsaslanaraq yazır ki, h. 998-ci (m. 1589/1590) ildə özbəklər Xorasana yenidən yürüş etdilər. Səfəvi şahının Osmanlılarla müharibə aparması, Məşhəddəki Səfəvi əmirləri arasındakı çəkişmələr, qızılbaşların döyüşdəki uğursuzluğu özbəklərin hücumu üçün əlverişli imkan yaratdı. II Abdulla xanın oğlu Əbdülmömin xan, Din Məhəmməd sultan və Herat hakimi Mir Qulbab Kukəltaş bütün Xorasanı ələ keçirmək üçün yürüşə başladılar. Onlar öncə Nişapuru mühasirəyə aldılar. Lakin mühasirə altında olan Nişapur hakimi Mahmud xan Sufi oğlu əsir düşən özbəklərlə onların şəhər xaricindəki mötəbər qohumlarına bir qədər peşkəş yollayıb, onlara bildirdi ki, Nişapur müqəddəs Məşhədin tabeliyindədir. Siz əgər müqəddəs yeri hərb yolu ilə tuta bilsəniz, biz bu vilayəti müharibəsiz sizə verərik. Əbdülmömin xan bu xəbəri eşidərək Nişapurun mühasirəsindən əl çəkərək Məşhədə hərəkət etdiAydoğmuşoğlu C. I Şah Abbas ve zamanı. Yayınlanmamış doktora tezi. Ankara, 2011, səh. 168. 1589-cu il aprelin 18-də Məşhədi mühasirəyə alan özbəklərə müqavimət göstərən Ümmət xan Ustaclı yaranmış vəziyyətlə bağlı I Şah Abbasa məlumat verdi. I Şah Abbas sentyabrın 2-də Qəzvindən Məşhədə doğru hərəkət etsə də, Tehranda xəstələndiyi üçün bir müddət Reydə dayanmalı oldu. Bu müddət ərzində Ümmət xan Məşhədi cəsarətlə müdafiə etdi. Lakin 1589-cu il sentyabrın 30-da beş aylıq mühasirə zamanı ərzağın çatışmaması, köməyin gəlməməsindən ümidsiz qalan şəhər müdafiəçiləri təslim oldular. Özbəklər şəhər qalasındakı türkləri qılıncdan keçirdilər. Vali Ümmət xan və yaxın ətrafı müqəddəs İmam Rza türbəsinə sığındı. Lakin Əbdülmömin xan və Yetim Sultan kimi tanınan Din Məhəmməd Sultan türbədəki hər kəsi - seyidləri, din xadimlərini və xalqı bayıra çıxardaraq qılıncdan keçirdi. Mənbələr 2-3 min nəfərin öldürüldüyünü qeyd edir. Hətta Əbdülmömin xanın əsgərləri, uşaqları öldürməkdən belə çəkinmədilər. Türbədəki qiymətli əşyalar tamamilə qarət olundu. Özbəklər Məşhədi üç gün ərzində qarət etdilər. Qızılbaşların arvad-uşaqları Mavərənnəhrə əsir aparıldı. Əbdülmömin xan Məşhədi qarət etdikdən sonra Sərəxs üzərinə yürüş etdi. Lakin şəhərin ciddi müqavimət göstərdiyini görərək Bəlxə doğru hərəkət etdiAydoğmuşoğlu C. I Şah Abbas ve zamanı. Yayınlanmamış doktora tezi. Ankara, 2011, səh.169.
İsgəndər bəy Münşinin verdiyi məlumata görə, Fərhad xanın Nişapuru mühasirəyə aldığından xəbər tutan Əbdülmömin xan ordusu ilə Bəlxdən Məşhədə doğru hərəkət etdi və II Abdulla xanın Mavərənnəhrdən yürüşə başladığı ilə bağlı şayiə yaydı. Buna görə, Fərhad xan Bəstama geri çəkildi və baş verənlərlə bağlı şaha məlumat verdi. I Şah Abbas onun Qəzvinə dönməsini əmr etdi. Səfəvi şahının özbəklərin hücumunu vaxtında dəf edə bilməməsinə səbəb ölkə daxilindəki üsyanlar idi. I Şah Abbasın daxili üsyanlarla məşğul olması Əbdülmömin xanın Nişapur ətrafında olan Bayat tayfasının tanınmış adamlarını öldürərək Əsfərayin qalasını mühasirəyə almasına imkan yaratdı. Qalanın hakimi Əbumüslim xan qalada olan Ustaclı tayfasına məxsus qaziləri toplayaraq müdafiəyə başladıİsgəndər bəy Münşi. Dünyanı bəzəyən Abbasın tarixi. Fars dilindən çevirəni t.e.d. Ş.Fərzəliyev. Bakı, 2010, səh. 833-835. Əbdülmömin xan bu qalanın alınmasına xüsusi önəm verirdi. Bu məqsədlə bürcləri və möhkəm divarları olan qalanı dağıtmaq üçün toplar gətirmişdi. Dörd ay çəkən mühasirədən sonra qala ələ keçirildi və qızılbaş əhali qılıncdan keçirildi.
C.Aydoğmuşoğlu İsgəndər bəy Münşinin verdiyi məlumata əsaslanaraq yazır ki, işlər düşünüldüyü kimi gerçəkləşmədi. Mərvi almağı çox istəyən II Abdulla xan Amudərya çayını keçdi və Mərvi ələ keçirərək hakimiyyəti altına aldı. I Şah Abbasın Xorasana yürüş xəbərini alan II Abdulla xan Mərvlə kifayətlənərək Buxaraya döndü. Lakin Əbdülmömin xan atasından ayrılaraq Xorasana - Nişapura gəldi. O, I Şah Abbasa təhqiramiz məktub yazaraq döyüşə və barışığa hazır olduğunu bildirdi: "Padşahların arasında ya sülh olur, ya da cəng. Biz bunun hər ikisinə hazırıq. Əgər o həzrət sülhə razıdırsa, qoy Xorasanı bizə verib İraq getsin, qədim vaxtlarda İraq və Azərbaycan padşahı Həsən padşah Türkmanla Bəlx və Xorasan padşahı Sultan Hüseyn Mirzə arasındakı sülh qayda-qanununa əməl etsin. Yox, əgər hərb etmək istərsə, tez gəlsin, çünki fəth və qələbə Allah-təalanın istəyi ilədir və ləşkərin azlığı və çoxluğunun buna dəxli yoxdur"İsgəndər bəy Münşi. Dünyanı bəzəyən Abbasın tarixi. Fars dilindən çevirəni t.e.d. Ş.Fərzəliyev. Bakı, 2010, səh.846-847;Aydoğmuşoğlu C. I Şah Abbas ve zamanı. Yayınlanmamış doktora tezi. Ankara, 2011, səh.173. İsgəndər bəy Münşinin verdiyi məlumata görə, I Şah Abbas Bistamdan Cacremə hərəkət etdiyi zaman Əbdülmömin xanın məktubunu almış və ona diplomatik tərzdə cavab yazmışdır. Səfəvi hökmdarı Xorasanın yüz ildən çoxdur ki, Səfəvi sülaləsinin mülkü olduğunu söyləmişdi. I Şah Abbas 1592-ci il 6 sentyabr tarixli məktubunda Tanrının yardımından əmin olduğunu söyləyərək yazırdı: "Biz İlahinin lütfi ilə bu dudmanın yüz illik irsi mülkü olan Xorasanı taqətimiz olduqca qoruyacağıq, ondan əl çəkinməyəcəyik. Cığatay sultanlarından olan Sultan Hüseyn mirzənin və türkman padşahlarından Həsən padşahın sülhnamələrinin bizə və sizə dəxli yoxdur. O ki, qaldı Bəlx valisi Kəskən Qara Sultan Özbək və bizim hümayun babamız mərhum cənnnətməkan şah arasındakı sülh müqaviləsinə, orada yazılmışdı ki, özbəklər Xorasandan əl çəksinlər və oranı bizə versinlər. Elə biz özümüz də sülhə razıyıq, əks təqdirdə cəngə də hazırıq. Biz elə bu arzu və şövq ilə İraqdan bu vilayətə gəlmişik. Harada istəsəniz orada da qarşılaşa bilərik. Qoy qeyb aləminin istəyi həyata keçsin"İsgəndər bəy Münşi. Dünyanı bəzəyən Abbasın tarixi. Fars dilindən çevirəni t.e.d. Ş.Fərzəliyev. Bakı, 2010, səh.847;Aydoğmuşoğlu C. I Şah Abbas ve zamanı. Yayınlanmamış doktora tezi. Ankara, 2011, səh.173-174.. I Şah Abbas bu məktubunda Əbdülmömin xana meydan oxuyaraq yazırdı: "Bu savaş ikimiz arasındadır. Başqalarını bu işə qarışdırmayaq. Günahsız insanları boş yerə oldürməyək. Savaş ikimizin arasında olsun. Ordudan ayrılıb bir meydanda qarşı-qarşıya gələk. Kim məğlub olarsa bütün ordusu ilə qalib gələnin tərəfinə qatılsın. Bütün mülk də məğlub edənin olsun"Sabityan Z. Esnad ve nameha-yı tarixi devre-i Safeviyye, Be sermaye-i kitabxane-i İbn-i Sina. Tehran, 1343, səh.252..
İsgəndər bəy Münşi yazır ki, I Şah Abbas Cacərmə çatan zaman Əbdülmömin xandan başqa bir adam gələrək, başqa bir məktub gətirdi ki, onun başqa məktublarla heç bir oxşarlığı yoxdu, məzmunu ziddiyyətliydi. Məktubun ünvanında yazılmışdır: "Ale-Əli ilə döyüşən kəs öləcəkdir"İsgəndər bəy Münşi. Dünyanı bəzəyən Abbasın tarixi. Fars dilindən çevirəni t.e.d. Ş.Fərzəliyev. Bakı, 2010,səh.947;Aydoğmuşoğlu C. I Şah Abbas ve zamanı. Yayınlanmamış doktora tezi. Ankara, 2011, səh.173.. C.Aydoğmuşoğlu yazır ki, 1592-ci il sentyabrın 21-də Əbdülmömin xanın Mirzə Xoca Ağa vasitəsilə göndərdiyi bu məktubunda onun Cama tərəf getdiyi və Səfəviləri orada gözlədiklərini xəbər verirdi. Lakin Özbək xanının Camda da dayanmayaraq Bəlxə doğru çəkildiyi məlum oldu. Oradan göndərdiyi təhqiramiz məktubunda o, Səfəvi şahına "Mirzə Abbas" deyə müraciət edərək yazırdı: "Xorasandan gözünü çək və nəzarət altına aldığın ərazilərlə kifayətlənmən lazımdır"Mehdevi A.H. Tarix-i revabıt-ı xarici-i İran: Ez ibtida-i devran-i Səfəviyye ta payan-ı ceng-i dovvom- Cihanı (1500-1945), Müessese-i İntişarat-ı Emir Kebir. Tehran, 1377, səh.62;Aydoğmuşoğlu C. I Şah Abbas ve zamanı. Yayınlanmamış doktora tezi. Ankara, 2011, səh.174.. I Şah Abbas İmamqulu bəy Türkman vasitəsilə ona göndərdiyi cavab məktubunda macəra axtarmamasının vacib olduğunu və döyüşdə qalib gələrək ona böyük cəza verəcəyini söylədi. Yürüşə davam edən I Şah Abbas Özbək xanının zülmünə məruz qalan Səbzvara gələn zaman seyyidlər, şəhər əyanları Səfəvi şahının gəlişinə sevinərək şəhər hakimi Koydaş Bahaduru öldürərək başını şaha göndərdilər. Bu hadisə ilə bağlı özbəklər şəhəri tərk etdilər. I Şah Abbas şəhərin idarəsini Qızılbaş sərdarlarından birinə verdi. Daha sonra Nişapur Səfəvilərin nəzarəti altına alındıAydoğmuşoğlu C. I Şah Abbas ve zamanı. Yayınlanmamış doktora tezi. Ankara, 2011, səh.175.. İsgəndər Bəy Münşi yazır ki, I Şah Abbas Nişapurun idarəsini Dərviş Məhəmməd Rumluya, Əsfərayini Məhəmməd sultan Bayata və Səbzvarı da Məhəmməd sultana verdi. Mir Fəttahın rəhbərliyi altında 300 nəfərlik İsfahan tüfəngçisini lazımi ərzaqla Nişapur qalasında qoydu. I Şah Abbas Məşhədə doğru hərəkət edərək ordudakı məsələlərlə məşğul olmaq üçün öncə Qəzvinə, sonra da Əcəm İraqına geri döndüİsgəndər bəy Münşi. Dünyanı bəzəyən Abbasın tarixi. Fars dilindən çevirəni t.e.d. Ş.Fərzəliyev. Bakı, 2010, səh. 848. C.Aydoğmuşoğlunun fikrincə, I Şah Abbasın Qəzvinə dönməsinə səbəb yalnız ordudakı məsələlərlə bağlı deyildi. Səfəvi hökmdarı müqəddəs saydığı Məşhədin və İmam Rza türbəsinin özbəklərlə baş verəcək döyüşdə dağıdılmasını istəmirdi. Həmçinin qış yaxınlaşmış, ərzaq və atlar üçün yem çatışmadığını görən I Şah Abbas Məşhədi almaqdan müvəqqəti olsa da imtina etmək məcburiyyətində qalmışdır.