— yapon manqaka Naoko Takeuçi tərəfindən yaradılmış "Seylor Mun" manqa seriyasının birinci arkında (ümumilikdə isə 5 arkdır) yer almış əsas düşmən qrup. Bütün versiyalarda bu qrup birinci arkın əsas mənfi personajlarıdır və qədim Ay Krallığının məhv edilməsində rol oynamışdırlar. Komanda haqqında ilk dəfə manqanın 28 dekabr 1991-ci ildə "Nakayoshi" jurnalında yayımlanmış "Usaqi — Seylor Mun" fəslində məlumat verilmişdir.
Seriyadakı hadisələrdən əvvəl Kraliça Metariya və onun xidmətçiləri XX əsrdə ayılırlar. İngilis adaptasiyasında "reinkarnasiya" sözü əvəzinə "yenidən doğulma" sözü işlənir, bu, onların Seylor Mun ayılana qədər fəaliyyət göstərdiklərinin göstəricisidir. Qrup Kraliça Beril və 4 lorddan ibarət Sitenno tərəfindən idarə olunur. Əsas məqsədləri Yer üzündəki insanlardan enerji oğurlamaq, Kraliça Metariyanı enerji ilə təmin edib dünyanı ələ keçirməsinə şərait yaratmaqdır.
Qaranlıq Krallıq üçün döyüşən bədheybətlər bu arkda youma adlandırılmışdır. Youmalar Sitenno tərəfindən yaradılır, enerji oğurlamaq, Ay şahzadəsini öldürmək, Seylor döyüşçülərinə mane olmaq və digər tapşırıqları yerinə yetirmək üçün göndərilirlər. İngilis adaptasiyasında youmalar Seylor döyüşçüləri və Taksedo Mask tərəfindən Neqabədheybətlər adlandırılır.
DiC ingilis adaptasiyasında Qaranlıq Krallığın adı dəyişdirilərək "Neqaverse" edilmişdir (ingilis dilindəki "negative" və "universe" sözlərindən). Kraliça Beril öz məqsədlərini aydınlaşdırmaq üçün tez-tez neqa prefiksindən istifadə edir (məsələn, neqatarix, neqagüc və s.). Bu cür yanaşma ingilis adaptasiyanın ilk iki mövsümündə davam etmişdir.
Aparıcı üzvlər Kraliça Beril — "Seylor Mun" seriyasının ilk əsas mənfi personajı. Adını beril mineralından almışdır. Beril çox güclü sehrli gücə malikdir, amma köməkçilərindən yığdığı həyat enerjisini Kraliça Metariyaya ötürməklə məşğuldur. Bir çox versiyada Beril qara qüvvə ilə başqalarının zehinlərini ələ keçirmə bacarığına malikdir. Onun generalları Şahzadə Endimionun ən yaxın dostları və cangüdənləri idilər. Kraliça Beril bu gücü ilə Taksedo Maskı təsiri altına sala bilmişdi.
Hadisələr başlamazdan qabaq Beril Gümüş Minillik dövründə gənc qız idi. Beril Şahzadə Endimiona vurulur, lakin sevgisi qəbul olunmur. Şahzadə Endimionun Şahzadə Sereniti ilə əlaqəsini öyrəndikdən sonra Kraliça Metariyanın tərəfinə keçir və zehni onun tərəfindən ələ keçirilir. Beril Yer insanlarının Ay Krallığına qarşı müharibəyə başlamasına nail olur. Beril Serenitini qorumağa çalışan Endimionu öldürür, buna dözməyən Sereniti özünü öldürür. Daha sonra Seylor Venera Müqəddəs Ay qılıncı ilə Berili öldürür. Kraliça Sereniti ölməzdən qabaq Kraliça Metariyanı möhürləyir və krallıq sakinlərinin gələcəkdə Yerdə reinkarnasiya olmalarına şərait yaradır. Beril XX əsrdə yenidən doğulur, amma Kraliça Metariyanın möhürləndiyini öyrənir. Buna görə də Arktikaya yerləşir. O, Qaranlıq Krallığın kraliçası olur. Kraliça Metariyaya yenidən xidmət verməyə başlayır və Sitenno — Cedayt, Nefrit, Zoysayt və Kunsayt Əfsanəvi Gümüş Kristalı tapmağa və yenicə ayılmış Seylor döyüşçülərini öldürməyə çalışır. Kraliça Beril Mamoru Çibanın zehnini ələ keçirib komandaya daxil edir. Amma sonda kristalı əldə edə bilmir və yenə Seylor Veneranın reinkarnasiyası olan Minako Ayno tərəfindən eyni qılıncla öldürülür. Öləndə Beril Endimionu həmişə izlədiyini deyir. Animeyə nisbətən manqada daha faciəvi təsvir edilmişdir.
Animedə Kraliça Sereniti Ay şahzadəsini axtaran Seylor döyüşçülərinə və Seylor Muna hücum edir. O, hətta Mamorunun zehnini ələ keçirib onun Usaqiyə hücum etməsinə məcbur edir. Amma Mamoru onun kontrolundan qurtulduqdan sonra Beril Metariyadan daha çox güc istəyir, nəticə Super Berilə çevrilir.Sailor Moon episode 045 Seylor Mun sonda Şahzadə Serenitiyə çevrilərək Ay dəyənəyinin gücü ilə Berili və Metariyanı məhv edir.
"Gözəl Qoruyucu Seylor Mun" teleserialında Beril şahzadəni və Əfsanəvi Gümüş Kristalı tapmaq, Metariya üçün enerji yığmaq üçün Sitennonu göndərir. Cedayt və Nefrit ona qarşı olsa da, Zoysayt Şahzadə Endimiona daha sədaqətli olmuşdur. Kunsayt isə Kraliça Metariyanın güclərini özünə götürməyə çalışmışdır. Bunlar Berilə məlum olduqdan sonra sehrin köməyi ilə onların xidmət verməsinə nail olmuşdur, amma ancaq Nefrit və Kunsayt öz keçmişlərini tamamilə unutmuşlar. Beril öz kölgəsindən Mio Kurokini yaradır, onun köməyi ilə Usaqi Tsukinonun ad-sanına xətər yetirməyə çalışır. Mio Berilin gözlərinə və qulaqlarına çevrilir. Beril Mamoru Çibanın Şahzadə Endimion olduğunu öyrənəndə Beril ona məcbur edir ki, Nefritin timsalında necə öldürə biləcəyini görsün.
Animedə Kraliça Beril Keyko Han tərəfindən səsləndirilmişdir. Səsyazma zamanı Keyko həm də Luna personajını da səsləndirmiş, buna görə də tez-tez səs tembrini dəyişdirməli olmuşdur. "Sailor Moon Crystal" animesində isə Kraliça Berili Misa Vatanabe səsləndirmişdir. DiC ingilis versiyasında Naz Eduards və Cil Frappier personajı səsləndirmişdir. Viz Media ingilis versiyasında isə bu vəzifəni Sindi Robinson daşımışdır.
Musiqili tamaşalarda Kraliça Beril rolunu iki aktrisa oynamışdır: Yuri Nişina və Akiko Miyazava (daha əvvəl Seylor Veneranı oynamışdı). "Gözəl Qoruyucu Seylor Mun" teleserialında isə Aya Suqimoto personajı canlandırmışdır.
Mənfi personaj olduğu üçün Kraliça Berilin gəlinciklərinin hazırlanması "radikal ideya" hesab olunmuşdu.Klugman, Karen (1999) "A Bad Hair Day for G.I. Joe" in Beverly Lyon Clark, Margaret R. Higonnet ed. Girls, Boys, Books, Toys: Gender in Children's Literature and Culture page 173
Kraliça Metariya — Qaranlıq Krallığın qurucusu və ilk arkın xaos personajı. Kraliça Metariyanın bədəni yoxdur, tamamilə enerjidən ibarətdir. Yapon mifologiyasındakı şeytan tanrısı Amatsu-Mikaboşiyə bənzəyir. O, Günəşdə baş vermiş radioaktivlik nəticəsində yaranmış/doğulmuşdur, Qaranlıq Krallığın arxasında o durur. Digər bütün ark-düşmənləri kimi Kraliça Metariya da sonuncu ark-düşməni Xaosun təcəssümüdür. Animenin ilk ingilis versiyasında adı "Metaliya" kimi təqdim olunmuşdur. Lakin bu, tamamilə tərcümə səhvi idi. Manqanın ingilis və yapon təkrar nəşrlərində "Metariya" adından istifadə olunmuşdur.Takeuchi, Naoko. Pretty Soldier Sailor Moon reprint 1st and 2nd edition, Vol. 3, Table of Contents;Takeuchi, Naoko. Pretty Guardian Sailor Moon Perfect Edition, Vol. 2, Table of Contents; Bu söz "Metal" sözünün bir az dəyişdirilməsi ilə ortaya çıxmışdı.
Seriya başlamazdan qabaq Şahzadə Endimion və Şahzadə Sereniti evlənərkən Kraliça Metariya Yer insanlarının Ay Krallığına hücum etməsinə məcbur edir. Beril isə Şahzadə Endimiona olan hislərinə görə Kraliça Metariyanın qurbanı olur. Müharibədən sonra Kraliça Metariya şimal qütbündə möhürlənir və uzun müddət canlana bilmir. XX əsrdə Kraliça Metariya Berili yenidən dirildir və yenidən azad olmaq üçün Kraliça Berilə Gümüş Kristalı tapmaq tapşırığını verir. Endimionun reinkarnasiya olmuş şəkli yaxalandıqdan sonra Kraliça Metariya onun bədəninə daxil olur və Berili ölümə tərk edir. Seylor Mun Endimionu öldürməyə məcbur olanda Metariya onun bədənindən çıxır və məkrli işlərinə davam edir. Nəhayət, Kraliça Metariya Seylor Mun tərəfindən məhv edilir.
Anime adaptasiyasında Kraliça Metariya eynidir, lakin bir neçə istisna vardır. DiC ingilis adaptasiyasında onun adı Neqafors kimi təqdim olunmuşdur və Neqaverse dünyasında yaşayanlar üçün tanrı/şeytana oxşar varlıqdır. Onun həmişə Berildən razı qaldığı görünür. Amma bundan fərqli olaraq o Berilin əsas məsləhətçisidir və Berilin planlarına nəzarət edir. Beril Metariyaya qarşı daha çox hiyləgərdir.
İlk anime serialında Kraliça Metariya Noriko Uemura tərəfindən, ikinci animedə isə Yoko Matsuoka tərəfindən səsləndirilmişdir. DiC ingilis adaptasiyasında onu Mariya Vakratsis, Viz Media ingilis adaptasiyasında onu Meri Elizabet Makqlinn səsləndirmişdir. "Gözəl Qoruyucu Seylor Mun" Kraliça Metariya rolunu Miyuu Savai oynamışdır.
Sitenno (DiC ingilis versiyasında Neqakomandirlər) — Kraliça Berilin əmri altında fəaliyyət göstərən dörd komandir. Bu komandirlər Cedayt, Nefrit, Zoysayt və Kunsaytdır. Onlar seriyanın bütün versiyalarında (anime, manqa, myuzikl və teleserial) Qaranlıq Krallığın əsas simaları kimi göstərilir. Qrupun orijinal adı "Dörd səmavi kral"dır və bu ad Buddist mifologiyasından gəlir. Hər komandirin uniformasında epolet var və bu, onların dərəcələrini göstərir.
Seriya başlamazdan qabaq Sitenno Yer Krallığında Şahzadə Endimionun xismətçiləri kimi xidmət verirdilər. Onlar Gümüş Minillik dövründə yoldan çıxırlar və ruhlarını Qaranlıq Krallığa satırlar, Kraliça Berilin xidmətçiləri olurlar. XX əsrdə reinkarnasiya olduqdan sonra yenə ona tabe olurlar və hər əmrini yerinə yetirirlər, lakin əsl ustalarını axtarmaq hissini saxlayırlar. İlk mövsümdən sonra Taksedo Maska ruh-xidmətçilər kimi xidmət verirlər.
Birinci animedə Sitennonun tamamilə Kraliça Berilə tabe olduğu və Mamoru ilə əlaqəsi olmadığı göstərilir. Onlar öldükdən sonra sadəcə retrospektiv kadrlarda peyda olublar. DiC ingilis adaptasiyasında Sitenno Neqaversedə insanabənzər varlıqlar kimi qulluq verirlər.Dubbed Episode 17, "An Animated Mess". Equivalent to original Episode 21. DiC ingilis versiyasında həm də Zoysaytın cinsiyyəti kişidən qadına dəyişdirilmişdi.
İkinci animedə — "Sailor Moon Crystal"da (ingilis versiyasında bu dəfə "Four Kings of Heaven" yox, "Four Heavenly Kings" adından istifadə olunmuşdur) birinci animedən fərqli olaraq Sitenno birlikdə ölür. Onlar hətta öz keçmişlərini xatırlayırlar, lakin yenə Kraliça Beril tərəfindən yaddaşları silinir. Sitenno Seylor döyüşçülərini məhv etmək istəyəndə Seylor Venera onlara Gümüş Minillik dövründə onların Seylor döyüşçülərinə vurulduqlarını söyləyir. Yaddaşları yerinə gəldikdən sonra Sitenno keçmişlərini xatırlayır, lakin o saat Kraliça Metariya tərəfindən öldürülürlər. Onlar öldükdən sonra qiymətli daşlara çevrilirlər və Mamoruya bu yolla dəstək verməyə davam edirlər.
Sitenno bir neçə teatr tamaşasında da peyda olmuşdur. Onların çoxunda Seylor döyüşçüləri ilə birlikdə yer almışdırlar.Sailor Moon Musical, 1997 Eien Densetsu, during Itsuwari no Forevermore Sonuncu arkın myuzikl adaptasiyasında Seylor Qalaksiya onları dirçəldir və onlar Seylor Qalaksiyaya xidmət verməyə başlayırlar, amma bir neçə versiyada Sitenno Seylor Qalaksiyaya xəyanət edir.Sailor Moon Musicals, 2003 Starlights - Ryuusei Densetsu, before Prince of Earth "Kakyuu-Ouhi Kourin" adlı teatr tamaşasında özünü Yeni Sitenno adlandıran qrup peyda olmuşdur. Yeni Sitennonun üzvləri Kunsayt, Hematit, Hiddenit və Kalunitdir. Ad dəyişdirmənin heç bir izahı verilməsə də, Hematit, Hiddenit və Kalunit uyğun olaraq Zoysayt, Nefrit və Cedayta bənzəyir. "La Reconquista" adlı teatr tamaşasında Sitenno özünü Pandemik 4 kimi pərdələyir. Bu qrup Kunza, Ced, Nefra və Zoydan ibarətdir. Qrup "Pandemic Love" adlı videooyununda peyda olur və bu videooyunun köməyi ilə Beril üçün enerji toplayırlar. Pandemik 4 qrupu üçün bir mahnı — mahnısı bəstələnmişdir.
"Sailor Moon: Another Story" videooyununda Sitenno Seylor döyüşçülərinə qiymətli daşları tapmağa kömək edən ruhlardır.
Cedayt və ya Cadeit — ilk peyda olmuş Sitenno üzvü. "Materials Collection" əsərində Naoko Takeuçi onu 18 yaşında təsvir etmişdir. Bu, onu ikinci ən gənc Sitenno etsə də, teleserialda ən gənc Sitenno üzvü kimi göstərilmişdir. Cedayt Qaranlıq Krallığın Uzaq Şərq diviziyasının lideridir və adını cadeit mineralından almışdır.