Dəvəli, Ararat — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Vedi (Ararat) rayonunda kənd.İbrahim Bayramov, "Qərbi Azərbaycanın türk mənşəli toponimləri" , Bakı, "Elm", 2002. ISBN 5-8066-1452-21728-ci ildən mə'lumdurBasbakanlik Arsivi. Qapu tahrir defterleri. № 808. 1728-ye tarihi. Revan ey-aleti Defteri.Budaqov B.Ə. ERmənistanın Azərbaycan mənşəli coğrafi adları. "Didərginlər" məcmuəsi. Bakı, 1990.

Tarixi Rayon mərkəzindən 14 km məsafədə, Vedibasar çayından axan arxın yanında yerləşir. "İrəvan əyalətinin icmal dəftəri"ndəİrəvan əyalətinin icmal dəftəri (araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri: Z.Bünyatov və H.Məmmədov (Qaramanlı), Bakı, "Elm", 1996. s.51, Qafqazın 5 verstlik xəritəsindəПагирев Д.Д. Алфавитный указатель к пятиверстной карт Кавказского края, Тифлис, Типография К.П.Казловского, 1913. s.72 qeyd edilmişdir. 1828–1829-cu illərdə kəndə İrandan gəlmə ermənilər yerləşdirildikdən sonra əhali qarışıq yaşamışdırШопен И. Исторический памятник состояния Армянской области в эпоху ее присоединения к Российской империи. Спб., 1852.. 1975-ci ildə kənd Ararat adlandırılmışdır.

Toponimi Toponim qacarların bir boyu olan dəvəli etnonimi394, s.44–45 əsasında əmələ gəlmiş etnotoponimdir. Quruluşca sadə toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 3.l.1935-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Ararat qoyulmuşdur. XVII əsrin əvvəllərinə aid ermənicə mənbədə Davalonots kimi qeyd olunmuşdurСимеон Ереванци. Джамбр. Перевод С.С.Малхасянца. М., 1958.Мамедова Фарида. О некоторых вопросах исторической географии Албании I в. до н. э. — VIII в. "Историческая география Азербайджана". Баку, 1987.. Ehtimal ki, orta əsrlərdə Anadoluda mövcud olmuş Dəvəlu bölgəsindənHüseynzadə Ə. Şəki coğrafi adının mənşəyi. S.M.Kirov adına ADU-nun "Elmi əsərləri", 1974, № 8. gəlmiş ailələrin özləri ilə gətirdikləri addır. 1588-ci ilə aid mənbədə Azərbaycanda qışı Qarabağda keçirən bir el də Davilu adlanırdı.

Əhalisi 1828-ci ilədək burada yalnız azərbaycanlılar yaşamışdır. 1828-ci il Türkmənçay müqayiləsinə əsasən 1828-ci illərdə İranın Maku və Salmas mahallarının Aslanik, Dirişik və Zevaqyuğ kəndlərindən köçürülən ermənilər Dəvəlidə yerləşdirilmişdirШопен И., Исторический памятник состояния Армянской области в эпоху ея присоединения к Российской империи , СПб, Типография императорский Академии Наук, 1852. s.555–558. 1831-ci ilin kameral təsvirində Vedibasar mahalında 574 müsəlman, cəmi 2 yerli və işğaldan sonra İrandan köçürülmüş 200 erməni ailəsi qeydə alınmışdır. Amma 574 ailə müsəlmanların sayını real əks etdirmir, çünki yuxarıda qeyd etdiyimiz kimi, əhalinin xeyli hissəsi hərbi əməliyyatlar gedən ərazilərdən uzaqlaşmış və yalnız 1834-cü ildən sonra geri qayıtmağa başlamışdılar. 2 yerli erməni ailəsi Böyük Vedi kəndində qeydə alınmışdır, İrandan köçürülən erməni ailələrindən 1 ailə Xorvirab, 101 ailə Dəvəli, 98 ailə isə Böyük Vedi kəndində məskunlaşdırılmışdı.4Сборник сведений о Кавказе. Т.5.Списки населенных месть Кавказского края. Ч.1. Тифлис:1879. Эриванская губерния. Kənddə 1831-ci ildə 2 tatar ailəsi 11 kişi, 17 qadın 28 nəfər azərbaycanlı, 633 erməni, İrandan köçürülmüş 101 erməni ailəsi, 1873-cü ildə 207 nəfər azərbaycanlı, 1760 erməni, 1886-cı ildə 263 nəfər azərbaycanlı, 1975 erməni, 1897-ci ildə 686 nəfər azərbaycanlı, 2650 erməni yaşamışdırerm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831–1931) . Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831–1931). Автор: Завен Коркотян. Ереван: Издательство "Мелконян фонд", 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: "Melkonyan fond" nəşriyyatı, 1932. s.86–87, 154–155. 1918–1919-cu illərdə azərbaycanlılar ermənilər tərəfindən qırğınlarla tarixi-etnik torpaqlarından qovulmuşdur. 1922-ci ildə kənddə ermənilərlə yanaşı 3 nəfər azərbaycanlı yaşamışdırerm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831–1931) . Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831–1931). Автор: Завен Коркотян. Ереван: Издательство "Мелконян фонд", 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: "Melkonyan fond" nəşriyyatı, 1932. s.154–155. 1988-ci ildə Azərbaycanlı əhalisi qovulmuşdur. Sonralar azərbaycanlılar kənddən çıxarılmış və kənddə yalnız ermənilər qalmışdır. İndi burada təkcə ermənilər yaşayır.

İstinadlar

Kateqoriya:Vedibasar kəndləri Kateqoriya:Ararat mərzinin yaşayış məntəqələri