Qaraxaç — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Vedi (Ararat) rayonunda kənd.İbrahim Bayramov, "Qərbi Azərbaycanın türk mənşəli toponimləri" , Bakı, "Elm", 2002. ISBN 5-8066-1452-2

Tarixi Rayon mərkəzindən 27 km məsafədə, Dibəkli dağının ətəyində, Çapan çayının sahilində, Vedi çayının sol axarında yerləşir.

«İrəvan əyalətinin icmal dəftəri»ndəİrəvan əyalətinin icmal dəftəri (araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri: Z.Bünyatov və H.Məmmədov (Qaramanlı), Bakı, «Elm», 1996. s.98, Qafqazın 5 verstlik xəritəsindəПагирев Д.Д. Алфавитный указатель к пятиверстной карт Кавказского края, Тифлис, Типография К.П.Казловского, 1913. s. 119 qeyd edilmişdir.

Toponim türk dilində «böyük, hündür, uca» mənasında işlənən qara sözü ilə Бушуева Е.Н. Словарь русской транскрипции географических терминов и других слов, встречающихся в топонимии Азербайджанской ССР, М., 1971. s.80-81 xaç sözü əsasında əmələ gəlmişdir. Quruluşca mürəkkəb toponimdir.

Erm. SSR AS RH-nin 25.l.1978-ci il fərmanı ilə dəyişdirilib Lusaşoğ qoyulmuşdur.

Əhalisi Kənddə 1831-ci ildə 94 nəfər yalnız azərbaycanlı yaşamışdırШопен И., Исторический памятник состояния Армянской области в эпоху ея присоединения к Российской империи , СПб, Типография императорский Академии Наук, 1852. s.555-556erm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831-1931) . Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831-1931). Автор: Завен Коркотян. Ереван: Издательство «Мелконян фонд», 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: «Melkonyan fond» nəşriyyatı, 1932. s.156.

1828-ci il Türkmənçay müqaviləsindən sonra İran və Türkiyədən köçürülən ermənilər eyni zamanda burada yerləşdirilmişdir. 1831-ci ildən sonra kənddə azərbaycanlılarla yanaşı ermənilər də yaşamışdır.

1873 - cü ildə burada 324 nəfər azərbaycanlı, 276 erməni,1886-cı ildə 498 nəfər azərbaycanlı, 288 erməni, 1897-ci 589 nəfər azərbaycanlı, 416 erməni yaşamışdırerm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831-1931) . Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831-1931). Автор: Завен Коркотян. Ереван: Издательство «Мелконян фонд», 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: «Melkonyan fond» nəşriyyatı, 1932. s.86-87, 156-157.

1918-ci ildə azərbaycanlılar zorla və qırğınlarla ermənilər tərəfindən qovulmuşlar. İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra sağ qalan azərbaycanlılar geri dönə bilmişlər.Qaraxaçda ermənilərlə yanaşı 1922-ci ildə 22 nəfər, 1926-cı ildə 31 nəfər, 1931-ci ildə 13 nəfər azərbaycanlı yaşamışdır.

1948-49-cu illərdə SSRİ Nazirlər Sovetinin xüsusi qərarı ilə azərbaycanlılar tarixi-etnik vətənlərindən çıxarılaraq zorla Azərbaycana köçürülmüşdür. Kənddə indi yalnız ermənilər yaşayır.

İstinadlar

Kateqoriya:Vedibasar kəndləri Kateqoriya:Ararat mərzinin yaşayış məntəqələri