Dumtinxu () — böyük ərazini əhatə edən göl. Göl Çinin şimal-şərqindəki Xunan əyalətində yerləşir. Yanszı çayı hövzəsində yerləşən göl daşqınlar sayəsində sahəsini genişləndirə bilir. Göl ətrafında yerləşən Xubey və Xunan əyalətlərinin adı göllə bağlıdır. Hubei çincə "gölün şimalı", Hunan isə "gölün cənubu" mənasını verir. Gölün ətrafında inkişaf etmiş İyan, Yoeyan və Çande kimi iri şəhərlər vardır.
Duntin gölü Çin mədəniyyətində əjdaha qayıqları bayramı kimi bayramın yarandığı yer kimi daxil olmuşdur. Üstəlik, göldə Çinin və dünyanın nadir dəniz donuzları yaşayır.
Coğrafiyası 300px|thumb|Gölün xəritəsi Hazırda Dumtinxu gölü Çinin şirinsulu gölləri arasında Poyanxu gölündən sonra ikincidir. İyun ayından sentyabr ayına qədər Yanszı çayının daşdığı dövr olur. Bu isə gölün quraq dövrdəki səviyəsindən (2820 km²) birdən-birə 20 min. km² qədər artır. Bundan əlavə gölə daha iri çaylar tökülür: Lumui, Yoan, Szi və Syanszyan. Okean gəmiləri sərbəst şəkildə Çanşa şəhərinə yan ala bilirlər. Bu şəhər Syanszyan çayında yerləşir.
İncəsənət və mifologiya thumb|right|200px Gölətrafı ərazilərin tez-tez Çin tarixi və ədəbiyyatında adı çəkilir. Belə düşünülür ki, ilk dəfə əjdaha qayıqları ilə yarışlar bayramı gölün şərqində şair Syoy Yoanın şərəfinə (340–278 b.ə) keçirilmişdir.
Gölün mərkəzində Szyoşan () adası yerləşir. Maraqlı cəhət odur ki, adada Sarı çay növü yetişir.
Syo və Syan çaylarının dağ gözəllikləri Çin poeziyasında tərənnüm edilir. Sun imperiyası dönəmində bu ərazilərin peyzajları 8 rənglə təsvir edilir. Bu Syo və Syan çaylarının səkkiz növü() adı ilə məşhurdur. Bu ənənə hətta yapon məktəbinə də öz təsirini göstərmişdir.
Ekologiya Gölün ekologiyasında ciddi problemlər vardır. Onun ətrafında fəaliyyət göstərən 101 kağız emalı fabriki əsas kirlənmə mənbəyidir. Gölün ekosistemində baş verən güclü kirlənmə səbəbindən onun suyunda olan minerallaşma artmışdır. İlbəil gölə yan alan quşların sayı azalır, balıqlar isə tələf olurlar.
2007-ci ildə göldə yaşayan tüksüz dəniz donuzu və Çin çay delfininin xilas edilməsinə başlanıldı. Səbəb isə bu canlıların nadir olması və saylarının azalması idi. Çində cəmi 1400 baş dəniz donuzu qalıb ki, onların da 700–900 başı Yansızı çayı hövzəsində müşahidə edilir. Yerdə qalan hissəsi isə Poyanxu və Duntin çaylarının payına düşür. Növün sayı 2007-ci ildə iki dəfə azalmışdır. Dəniz donuzlarının azalmasının digər səbəblərindən biri də gölün gəmiçiliyə və balıq ovuna intensiv cəlb olunmasıdır. Dəniz donuzlarının xolası
2007-ci ildə Yanszı çayında baş verən güclü daşqın nəticəsində gölün adalarında yaşayan 2 milyard siçovul oranı tərk etmişlər. Siçovullar ətraf ərazilərə yayılaraq kəndlərə böyük zərər yerirmişlər
2005-ci ildə gölün biosfer təbəqəsini bərpa etmək məqsədilə çin-norveç proqramı işə düşmüşdür. Çin hökumətinin verdiyi məlumata əsasən gölün bərpası üçün ən azı 5–10 il vaxt lazımdır."Lake back to health in 5 to 10 years"
İstinadlar
Mənbə Dumtinxu. Dongting Hu Pictures from Dongting, Yueyang Saving the finless porpoise